Fotoda əlində Xocalıda öldürülən günahsız uşağın şəklini tutan şəxs Xocalı soyqırımını öz gözü ilə görən, ermənilərin etdiyi vəhşilikləri və cinayətləri lentə alan, günahsız öldürülən İnsanlarımızın fotolarını çəkən, öz yurd-yuvalarından didərgin düşən İnsanlarımız haqqında məlumatları dünyaya çatdıran Litvalı jurnalist Riçard Lapaitisdır.


Riçard Lapaitisin Xocalıda lentə aldığı dəlillər əsasında kino rejissorlar Aleksandras Brokas (Litva) və nüfuzlu “Grammy Award” mükafatçısı Cerald Rafşun (ABŞ) Xocalı faciəsi haqqında “Sonsuz Dəhliz” (“Endless Corridor”) filmini çəkiblər və Film britaniyalı aktyor BAFTA mükafatçısı Ceremi Ayronz tərəfindən səsləndirilib. Bu film 60 film festivalında nümayiş olunaraq beynəlxalq kinofestivalların rəğbətini qazanıb. Film Riçard Lapaitisinin Xocalıda lentə aldığı ermənilərin etdiyi cinayətlərdən, Xocalıda öldürülən günahsız İnsanlardan, ermənilərin əsassız torpaq iddialarından və öz yurd-yuvalarından qaçqın düşən Xocalı sakinlərinin verdiyi müsahibələr əsasında çəkilib.

Həmçinin film ABŞ-da keçirilən “Accolade Qlobal Film Competition” müsabiqəsində “Best of Show” mükafatını, Madrid Tenerife Beynəlxalq Film Festivallarında “Ən Yaxşı Sənədli Film” və Aleksandras Brokası “Ən Yaxşı Sənədli Film Rejissoru” mükafatını alıb və Emmi, Oskar kimi mükafatları qazanmaq üçün filmin yaradıcıları münsiflər səsverməsində iştirak edib. Filmin Roma, Ankara, İstanbul, Vilnüs, London, Milan, Paris, Dublin, Berlin, Bern kimi şəhərlərdə təqdimatı keçirilib, Türkiyənin “Kanal 24” kanalında, İsrailin Birinci dövlət televiziya kanalında və Albaniyanın Milli Televiziyasında nümayiş olunub. Dünyanın aparıcı televiziya kanalları da filmi nümayiş etdirməyə hazırlaşır.


635724720136463302_3360d03762600d81ec815453dfcadef1Fotoda əlində mükafat olan Şəxs isə Aleksandras Brokasdır. (İspaniya, Tenerifedə Sonsuz Dəhliz filminin mükafatını alarkən).


Jurnalist Riçard Lapaitis Bizi beynəlxalq tribunalarda müdafiə etdiyi üçün tez-tez hədə-qorxu ilə qarşılaşır. erməni lobbisi Onu da rahat yaşamağa qoymur, hətta Riçarda Bizi müdafiə etdiyi üçün “səsini kəsməsən, səni öldürəcəyik ” kimi hədə-qorxu gəlirlər.

Linkdə sizə haqqında danışdığımız sənədli filmin trailer-ini təqdim edirik.