O, qlamurlu, nüfuzlu və prestijlidir… O, qızların arzusudur! O , bizim ətrafımızda uğur və rifah görüntüsü yaradır. Ətrafımızda olan insanlar isə hiss etmirlər ki, bu sadəcə “fasaddır”. Hansıki, bu fasadın arxasında yuxusuz gecələr və bitməz borclara söykənən daxili boşluq var. Kimdir axı o?

O , eqomuzun xəstəliyi olan şopoqolizmdir! Şopoqolizm yaxud oniomaniya – lazımsız və idarəolunmaz həcmdə alışların həyata keçirilməsi həvəsidir. Bu həvəsin qarşısını almaq isə ən pis vərdişlərin qarşısını almaqla müqayisədə daha çətindir, çünki bundan əziyyət çəkən insan özübunun fərqinə varmır.

Bu zərərli aludəçiliyin fəsadları müxtəlifdir – ilk növbədə bu nəhəng maliyyə problemlərinə gətirir; yaxın adamlar, iş həmkarları arasında əks təsirli, mənfi münasibətlərin inkişafı; depressiyaların yaranması; tez-tez əhval-ruhiyyənin dəyişkənliyi; psixomatik xəstəliklər və psixoloji pozuntuların inkişafı; yuxu pozuntuları və aqressiyanın nümayişi.

Bütün bunlara baxmayaraq, istənnilən çətinliyin qarşısını almaq mümkündür və bunun üçün ilk növbədə bunu istəmək lazımdır. Durumunuzu anlayandan sonra isə biz sizə öz məsləhətlərimizlə shopoqolizm aludəçiliyindən qurtulmağa kömək olmağa çalışacağıq:

  1. Təkrar narazıçılıqlar yaşayırsınız? Yaxud kimsə sizin xətrinizə dəyib? Özünüzü sakitləşdirmək üçün alış-verişə üz tutmayın bu halda. Özünüzə qarşı dürüst olun və reallığı olduğu kimi qəbul edin. Çətinlik və kiçik uğursuzluqları alış-verişlə kompensasiya etməyin!

  2. Bezdirici konsultant yaxud satıcılara qarşı sərt olun. Yalnız siz bilirsiniz nəyə ehtiyyac duyduğunuzu.

  3. Etiraf edin ki, bəzi alışları həyata keçirmək üçün maliyyə imkanlarınız məhduddur. Bunu özünüzə etiraf etməklə həm də natamamlıq kompleksindən azad olmağa başlayacaqsınız.

  4. Ayliq xerclere aid hesabatlar hazirlayin ve bu hesabatları tez-tez gore bileceyiniz yerlere qoyun. Paltara və lazımsız əşyalara xərclədiyiniz pulları tez-tez xatırlasanız zamanla bu sizi qıcıqlandırmağa başlayacaq və siz zərərli addımlar atmaqdan yayınmağa başlayacaqsınız.

  5. Hər zaman alış-veriş etməmişdən öncə siyahı hazırlayın. Siyahını diqqətlə analiz edərək “ələkdən “ keçirin.