İnsan psixologiyası çox unikaldır və onunla hər birimizə qəribə təsir bağışlayan hadisələr baş verir. Bunlardan biri də “Stendhal sindromu”-dur. Stendhal sindromu möhtəşəm incəsənət nümunələri və yaxud inanılmaz dərəcədə gözəl və canlı təbiət mənzərəsi ilə qarşılaşdıqda yaranır və baş gicəllənməsi, huşun itirilməsi, ürəyin sürətlə döyünməsi və bəzən hətta hallüsinasiyaların görülməsi ilə müşayiət olunur. Bunun necə hal olduğunu təsəvvür edirsinizmi? Elə isə Ermitaj, Luvr kimi muzeyləri ziyarətə gəldiyinizi və burada sözügedən bu sindromla üzləşdiyinizi də təsəvvürünüzdə canlandırmağa çalışın.

Bu sindromun adı isə dahi yazıçı Stendhalın bir əsərindən götürülmüşdür. Belə ki, Stendhal öz əsərində Florensiyaya səfəri zamanı yaşadığı təəssüratları təsvir etmişdir: “Müqəddəs Xaç kilsəsindən çıxdıqda ürəyim sürətlə döyünməyə başladı, həyat gücümün tükəndiyini hiss etdim və yıxılmaqdan qorxa-qorxa getməyə başladım. Mən böyük ehtiras və ilhamla yaradılmış incəsənət nümunələrini gördükdən sonra ətrafımdakı hər bir şey öz mənasını itirməyə başladı”.

Nə düşündünüz?
Like
Love
Haha
Wow
Sad
Angry