Suriyalı Abdulfattah John Jandali və həyat yoldaşı Joanne Schieble Simpson maqistr pilləsində təhsil alarkən, 24 fevral, 1955-ci ildə dünyaya ilk övladları gəlir, lakin onlar valideyn olmağa hazır olmadıqlarını düşünərək oğullarını başqa bir cütlüyün himayəsinə verir.. Bəli. IT dünyasının dahisi, Apple markasının ixtiraçısı Steve Jobs haqqında bimədiyiniz daha bir sıra faktlar var.

  • Uşaq yaşlarından Steve Jobsun istedadlı bir insan olacağı məlum idi. 12 yaşlı Steve, radiodetalları bitdiyi zaman sayğac yığmaq üçün əlavə hissələr sifariş etmək məqsədilə William Hewlett ilə telefon bağlantısı yaratmışdı. Bəli, bəli. Hewlett-Packard markasının yadacısı William ilə. William Jobsun ehtiyac duyduğu materialları göndərdi və onu tətil zamanı firmada işləməyə dəvət etdi.

  • Steve Beatles qrupunun heyranı idi. Bundan əlavə o Johann Sebastian Bach klassikasını da sevərək dinləyirdi.

  • Steve zen-buddist idi. Bir zamanlar o, hətta rahib olmaq haqqında da düşünürdü.

  • Steve Jobs Mercedes SL55 AMG markalı avtomobilini qeydiyyat nişanı olmadan sürür və əlillər üçün nəzərdə tutulmuş yerlərdə park edirdi.

  • Steve sonsuz olduğunu düşünərək, ilk övladını qəbul etmirdi. Daha sonra onun 3 övladı da dünyaya gəldi.

  • Apple markasının yaradıcısı ən az əmək haqqı alan direktor olaraq rekordlar kitabına düşmüşdür. Onun illik əmək haqqı $1 idi.

  • Steve Pixar studiyasını 10 milyon dollara alıb, Disney şirkətinə 7,5 milyard dollara satmışdır.

  • Apple şirkətinin əməkdaşlarının 90%-i Steve Jobsu heç vaxt görməmişdir.

  • Jobsun MAC komandası təbii meyvə şirəsinə hər il $100.000 xərcləyir. Bundan əlavə Apple şirkəti 1985-ci ildən işçilərini hər cür rahatlıq və motivasiya ilə təmin edir. Burada sıxıcı iş qrafiki də yoxdur.

  • Qara uzun boğazlı köynək, Levis 501 cinsləri, New Balance 991, 992 ayaqqabıları ixtiraçının qarderobunun əvəzolunmaq elementləri idi.

  • Dahi 2011-ci ilin 5 oktyabr tarixində dünyasını dəyişmişdir.