Hər bir məktəbdən məzun olmuş şəxsin ən böyük arzularından biri universitetə daxil olmaqdır. Bu hisləri mən də keçirmişəm. Hər bir məktəb şagirdinin arzusu birinci növbədə tələbə olmaqdır. Bu arzu sizə zirvə kimi görsənir və onu fəth etdiyiniz zaman həyatınızın ən əsas missiyasını yerinə yetirmiş olduğunuzu zənn edirsiz. Bəs sonra ? Sonra nə olur? Boşluğa düşürsüz. Sevinciniz bir ləzzətli içiki kimidir onu içib qurtarandan sonra daha artığını istəyirsiz. Mən sizə bu ləzzətli içkinin sonuz və daha da ləzzətli olmasına kömək edən amilləri deyəcəyəm:

  1. Ən əsas amillərdən biri TQDK imtahanlarından azı bir-iki il əvvəl özünüzü həddindən artıq stress və gərginlik içində saxlayırsız. Sanki həyatınız qəbul gününə qədər uzadılıb. Bu səbəbdən də həyatın ləzzətini çıxartmaq üçün dərslərdən yayınmağa başlayırsız. Bu  da sizin istədiyiniz balı toplamamağınıza gətirib çıxardır. Bu səbəbdən daha da sonrasını düşünün. Xəyal edin ki, artıq qəbul olmusuz və siz bir tələbəsiz.
     
  2.  İkinci yazılmasına baxmayaraq problemlərin kökündə dayanan stress mənbəyi Cəmiyyətdir. Bu cəmiyyəti nağıllarda qorxulu obrazlara çevirən şəxslərsə valideynlərimizdir. Valideynləri bacardığınız qədər öz istəyiniz ixtisas və onun faydaları, gələcək prespektivləri ilə məlumatlandırın. Həyatda insanı ən çox xoşbəxt edən amil özü kimi olmaqdır. Özünüz kimi olmaq istəyirsizsə öz sevdiyiniz peşənin sahibi olun ki, həm özünüz həyatdan zövq ala biləsiniz , həm də cəmiyyətə peşəkar kimi öz xeyriniz dəysin.
     
  3.  Məqsədsiz olmaq ən qorxulu səbəblərdən biridir. Təsəvvür edin ki, döyüşdəsiz və kimi vuracağınızı , yəni düşməni tanımırsız. Bu halda siz öz ordunuza və özünüzə ziyan vurmuş olarsınız. Qısacası öz ixtisasınızı seçin və ona görə hazırlaşın.Seçdiyiniz ixtisasa hazırlaşarkən TQDK-nın qruplara görə seçdiyi fənlərdən etiraz etməyin. Yenə özünüzü tələbə kimi hiss edin və bu fənlərin sizin üçün heç bir çətinliyi olmadığını anlayacaqsınız.
     
  4. Özünüzü tərbiyələndirin. Necə ? Heç olmasa bir həftə evdən uzaq bir yerdə kənddə qohumunuzun evində qalıb, maldarlıqa və ya kənd təssərrüfatı ilə məşğul olun. Bax o zaman hazırlığa getməyinizdə sponsor olan valideynlərinizi və 600-700 bal toplayan tələbələrin məhz nədən bölgələrdən daha çox olduğunu anlayacaqsız. Həmin şəxslər gələcəklərini düşünüb və qarşılarına çıxan hər bir maneəni dəf edib. Çoxlarının “zülüm” deyə adlandırdığı prosedurdan sonra daha rahat həyata qovuşacaqlarını anlayıblar.
     
  5. 600-700 bal arası bal toplamaq sizin bilik səviyyənizin güclü olduğuna şamil olunmur. Test sistemi əzbərçilik üzərində qurulub . Tələbələrin çoxu bu səbəbdən universitetdə lövhə qarşısında çıxış edə bilmir.Balı toplayarkən belə şan şöhrət yox məhz bilik üçün toplayın.
STRESSİZ İMTAHAN

Stress mərhələsi uzun müddətli olsada əksər tələbələr   qəbul imtahanına 2 ay qalmış bunu daha çox hiss edirlər. Stresdən necə qurtulmaq olar deyə suallar verilir.

Cavab isə sadədir:

     Artıq son iki ayda hər şeydən bezikən tələbələr  qorxmağa başlayırlar.Qorxmayın! Qəbul imtahanından öncə əsəblərinizə toxunan çoxlu sual tiplərilə sınaq imtahanlarında iştirak etmisiniz.Qəbul imtahanı hər zaman sınaqdan dəfələrlə sadə və rahat olur. Stress isə sizi əksini düşünməyə vadar edə bilər.

Stresdən qurtulmağın yolları:
  1. Sevdiyiniz musiqilərə qulaq asın.Musiqi sizə güclü motivasiya verəcək.
     
  2. Sevdiyiniz yeməkləri yeyin.Ən əsasıda son həftələrdə ananıza xüsusi olaraq öz sevdiyiniz yeməklərin siyahısını verin. Sevdiyiniz yemək hər zaman insanın kefini kökəldir.
     
  3. Əgər sakitləşə bilmirsizsə dəniz kənarına sübh tezdən gedin. Bu saatlarda dənizdə çox insan olmur.Dənizin dalğaları insanı dərin sükuta və rahatlığa aparır.
     
  4. Gəzintiyə çıxın.  Dostlarınızla getməyi unutmayın. Dostlarla deyib gülmək hər zaman insanı sakitləşdirir. Hər zaman deyildiyi kimi dünyanı gülüş xilas edəcək.
     
  5. İmtahan günü valideynlərinizin sizinlə getməsinə icazə verməyin. Çünki valideynlər imtahan binasının qarşısında gözləyərkən sizin fikriniz onların yanında olacaq və imtahanın sonuna qədər mən çıxanda onlara nə deyəcəm deyə fikirləşəcəksiniz.Çünki valideynlərin əsas sualı bu olur : “ Necə yazdın? “ Bax bu sual insanı hər zaman şübhə içində saxlayır. Şübhə isə insan hislərini alçaldır. Qəbuldan çıxan tələbə boşluqda olduğu üçün necə yazdığını tam dərk edə bilmir.
     
  6. TQDK-nın imtahan binasına gedərkən özünüz hazır olun. Sənədləri gecədən hazır edin. Binaya daxil olarkən sizə şübhəli  baxışlarla baxan nəzarətçilərdən çəkinməyin. Onlar sanki sizi demotivasiya etmək üçün vardırlar. Özünüzü rahat aparın.
     
  7. İmtahan kitabçasını açarkən öz sevdiyiniz fəndən və ya əvvəlcədən iştirak etdiyiniz sınaq imtahanlarında bunu təcrübədən keçirib özünüz üçün bir ardıcıllığ təyin edin və buna uyğun olaraq testi yazın.
     
  8. Özünüzlə bir neçə barmağınızı yormayacaq qələm və adi qazsız su aparmağı unutmayın. Beyniniz fikirləşə bilmədiyi anlarda qollarınız ovuşdurun və ya bərk şəkildə özünüzü çimdikləyin və özünüzlə gətirdiyiniz sudan bir-iki qurtum için.
Sonda hər bir tələbəyə uğurlar arzulayıram. Bugünükü düsturum isə belədir: