Hər kəsə məlumdur ki, stress insanı “diri-diri” öldürür, məhvə aparır. Buna görə də, stressdən azad olmağın yolların sizə təqdim edirik:

    1. Həyat stilinizi dəyişin. Bu stressdən azad olmağın ən əsas yoludur. Gərginlik və stressə məruz qalmağımızın əsas səbəbi isə yüksək məhsuldarlıqlı, məşğul həyat rejimidir. Sizdə stress oyadacaq amillər haqqında fikirləşin və sadəcə onları həyatınızdan kənarlaşdırın.

    Ağır işlə məşğul olursunuz? Eyni zamanda bir neçə işi başa çatdırmağa çalışırsınız? Əslində daha məhsuldar olmaq üçün eyni vaxtda bir neçə işi öhdəliyə götürmək məhsuldarlığı aşağı salır və siz heç bir işi normal başa çatdıra bilmirsiniz. Həmçinin işləri vaxtında və yerində görmək lazımdır. Hər şeyi son ana saxlamayın, çünki bu halda insanda həyacan artır və bu stressə səbəb olur.

    2. Kofein qəbulunu azaldın. Kofein orqanizmi stress halına salır. Orqanizmə kofein düşən kimi bədəndə adrenalin yüksəlir, təzyiq artır. Bu isə “stress hormonu” olan kortizolun yüksəlməsinə səbəb olur.

    3. Fikirlərinizi idarə edin. Neqativ fikirlər və həyacan keçirmək stressə səbəb olur. Sizi qıcıqlandıran şeyləri çalışın düşünməyin, çünki sonra prosesi dayandırmaq çox çətin olacaq.

    4. Yuxusuzluq. Hətta kiçik uşaqlar belə yuxuları yarımçıq qalanda bütün günü cığallıq edirlər, kaprizli olurlar. O ki qaldı yetkin və qayğılı insan yuxusuz qalsın…

    5. Oksitosin. Oksitosin hormonu stressin yaranmasının qarşısını alır. Maraqlısı budur ki, bu hormon ailə və dostlarınızla birlikdə vaxt keçirəndə daha çox iraz olunmağa başlayır. Həmçinin, heyvanlara qayğı göstərməklə də bu hormonun ifrazını artırmaq olar.

    6. Hərəkət. Hərəkət və idman stressi məhv etməyin ən yaxşı yoludur! İdman zamanı orqanizmdə endorfin artır ki, bu da insanın özünün xoşbəxt hiss etməsinə səbəbdir.

    7. Gülmək. Gülmək insanın əhvalını yüksəltməklə yanaşı, həm də fiziki cəhətdən rahatlaşmaya gətirib çıxarır. 





Məqalədə yanlış söz aşkar etdiniz? Sözü seçib Ctrl+Enter düyməsini sıxaraq bizə bildirin

Nə düşündünüz?
Like
Love
Haha
Wow
Sad
Angry

Leave a Reply

avatar
  Subscribe  
Notify of