İndiki vaxtda bir çox insan istər iş və ya təhsil, istərsə də başqa səbəblər səbəbiylə stress altında yaşayır. Stress altında yaşamaq günümüz şərtlərinin olmazsa olmazı kimi görünsə də, stressi üzərimizdən atmaq üçün təsirli üsullar da mövcuddur. Elm adamları tərəfindən təklif edilən 7 stress atma metodu ilə siz də xoşbəxt bir həyata qovuşa bilərsiniz.


1. Bitki çayı stressdən xilas olmaq üçün çox faydalıdır.

Bitki çayları bir çox baxımdan stressi üzərinizdən atmağınıza kömək olacaqdır. Sizi hal-hazırda stressə salan nədirsə dərhal ondan uzaqlaşın və özünüzə bir fincan bitki çayı hazırlayın.

İlk olaraq, çay hazırlamağa getdiyiniz zaman özünüzə qısa bir fasilə vermiş olacaq və bu sayədə içərisində olduğunuz stress dövründən çıxmış, üstünüzə gələn təzyiqdən xilas olmuş olacaqsınız.

İkinci olaraq isə, bəzi bitki çaylarının içərisində çobanyastığı, nanə və arpa kimi məhsullar var ki, bunların da stressi azaltdığı sübut edilmişdir. Bundan əlavə elm adamları qeyd edir ki, isti içkilər ətrafınızdakı insanlara isti davranmağınızı təmin edir.


2. Hərəkət edin.

Sadə idman hərəkətləri etmək, isinmə hərəkətləri, rəqs etmək, qısacası hərəkət etməyin stress üzərində böyük təsiri vardır. Edəcəyiniz qısa və davamlı məşqlər rahatlamağınıza kömək olur və bədəninizin xoşbəxtlik hormonu ifraz etməsinə yardım edir. Bədəninizi hərəkət etdirmək, qısa bir müddətə də olsa, hər şeyi ağlınızdan çıxarmağınızı təmin edir.


3. Ev heyvanları rahatlaşdırır.

Quş, pişik, it…. Evcil heyvan sahibi olmağın saysız faydaları haqqında yəqin ki, eşitmisiniz. Bəs internetdə pişik videoları izləməyin yaradıcılığınızı inkişaf etdirdiyini bilirdinizmi?

Elm adamları, heyvanlarla qarşılıqlı münasibətdə olmağın, (bu heyvanların şəkillərinə baxmaq belə ola bilər) stressi azaltdığını qeyd edir. Əgər stressli bir işiniz varsa, kompüterinizə sevimli heyvanların fotoşəkillərini yükləyə, çətin zamanlarda o fotoşəkillərə baxıb rahatlamağı yoxlaya bilərsiniz.


4. Nəfəsinizə fokuslanın.

Stresli olanda ya da təhdid ediləndə, sinir sisteminiz, birinin sizi təqib etdiyini fərz edir və bədəninizi hər an qaçmağa hazır hala gətirir. Gərilmiş əzələlərin, sürətli ürək atışlarının, sürətli və dərin alınan nəfəslərin stresslə əlaqəli olduğu bilinir, lakin bu vəziyyəti tərsinə çevirmək sizin əlinizdədir.

Əvvəlcə rahatlamağa çalışın. Sonra dərin bir nəfəs alın və nəfəsinizi verə bildiyiniz qədər uzun bir müddətdə verin. Aldığınız nəfəsi bir neçə saniyə tutun və sonrasında çox yavaş bir şəkildə verməyə çalışın. Bunu təxminən 1 dəqiqə qədər təkrarlayın ki, bədəniniz ortada bir təhdid olmadığını yaxşıca anlasın. Bu tətbiqin sonunda ürək ritmləriniz yavaşlayacaq və stress səviyyəniz də azalacaqdır.


5. Bir şeylər yaradın.

Bəli bir şeylər yaradın! Bu bir şeylər toxumaq, şəkil çəkmək ya da hər hansı bir şey ola bilər. Bir şeylər yaratmaq stressinizi azaldır və xoşbəxtliyinizi artırır. Nevro alimlər bunun həqiqətən işə yaradığını, çünki beynin bir şey yaratma prosesində tək bir şeyə fokuslandığını, sizi stressə soxan şeyləri fikirləşmədiyinizi dilə gətirir.


6. Sizi əyləndirəcək şeylər izləyin.

Qəhqəhə atanda bədəninizə daha çox oksigen girir və bədəniniz stressi azaldır. Əlbəttə izləməli olduğunuz şey mütləq çizgi film olmaq məcburiyyətində deyil. Gülməli bir film izləyə bilər ya da əyləncəli dostunuza zəng vura bilərsiniz. Buradakı əhəmiyyətli nöqtə gülməkdir. Qəhqəhə atmaq bədəniniz üçün sanki bir möcüzədir.


7. Çölə çıxın.

Təbiətdə vaxt keçirmək, stresslə mübarizə mövzusunda ən təsirli silahlardan biridir. Parkda bir gəzintiyə çıxmaq, ya da təbiətdə vaxt keçirmək stress hormonu olan kortisolun səviyyəsinin düşməsinə və özünüzü yaxşı hiss etmənizə köməkçi olacaqdır. İşlədiyiniz üçün buna vaxtınızın olmadığını düşünsəniz belə, bu fəaliyyət üçün özünüzə mütləq zaman ayırın. 5 dəqiqə təbiətdə keçirəcəyiniz zamanın sizə mükəmməl təsiri olacaqdır.

Nə düşündünüz?
Like
Love
Haha
Wow
Sad
Angry