Səudiyyə Ərəbistanında dünyanın ilk sualtı məscidi inşa edilib. Məscidi dalğıclar İordaniya ilə sərhəddəki Təbuk şəhərində, plastik borulara qum doldurulmaqla tikiblər. Dalğıc Həmədan bin Salim Əl Məsud sualtı məscid ideyasını ötən il düşündüyünü və dərhal işə başladığını söyləyib. Məscidin tikintisi bir ilə tamamlanıb.