Sxolastika (yunanca “schole” – elmi söhbət, məktəb) – dini fəlsəfə tipi. Hərfi mənada “məktəb fəlsəfəsi” deməkdir. Orta əsrlər dövrü üçün xarakterikdir. Sxolastlar xristianlıq dini etiqadını rasionallıqla əsaslandırmaq və sistemləşdirmək niyyətində idilər. Bunun üçün isə onlar antik filosofların ideyalarından istifadə edirdilər. Teologiyaya üstünlük vermək, ehkamçı ilkin şərtləri rasionalist metodika ilə birləşdirmək və formal məntiq problemlərinə maraq sxolastikanın səciyyəvi cəhətləridir. Orta əsrlərdə ən çox Qərbi Avropada inkişaf etmişdir. Patristik fəlsəfədə Platon və Platonizm önə çıxmaqda idi, buna qarşılıq sxolastik fəlsəfədə Aristotelizmin ilham qaynağı olduğu görülür. Aristo fəlsəfəsi Platondan daha qəti olaraq mütəfəkkirləri müdrikliyə istiqamətləndirir, bunun mənası Tanrını bilməyə çalışmamaq, faktlar dünyasıyla da əlaqədar olmaqdır. Bir məktəb fəlsəfəsi olaraq sxolastika, ilk olaraq teologiya müəllimləri tərəfindən, həm sistematikleştirilmiş teologiyanın öyrədilməsini , həm də antic çağ məktəblərində öyrədilən Yeddi azad sənətin (Septem artes liberales) öyrədilməsini əhatə edir. Yeddi azad sənət (ya da yeddi liberal sənət), antik çağ məktəb və təhsil dünyasında öyrədilən müxtəlif elm və sənət sahələrini bildirir. Daha sonra bunlar orta əsrlər fəlsəfəsində də sxolastik məktəblərdə öyrədilən sənətlər olmuşdur. Bəhs edilən yeddi azad sənət və elm sahələri bunlardır: İlk olaraq Trivium deyilən Üçlü Qrup, yəni; qrammatika, məntiq, ritorika gəlməkdədir. İkinci olaraq da Quadrium deyilən Dördlü Qrup gəlməkdədir. Bunlar da həndəsə, hesab, musiqi, astronomiya olmuşdur.