Orta yaşlı bir kişi uzun illər idi ki, Həcc ziyarəti üçün pul yığırdı. Ziyarətin başlanmasına az qalmış bu kişinin qarşısına qadın çıxır və bu qadın ölmüş bir quşu yemək üçün hazırlaşırmış.

Kişi ona:
– “Ey qadın ölmüş quş əti yeyilməz!!! Haramdır…

Qadın cavabında:
– “Əlacsızam… Neçə gündür özüm, balalarım acdır… Pulum yoxdur… Yəqin mənə haram olmaz…

Kişi bütün pulunu qadına verib evinə qayıdır və illərdir hazırlaşdığı ziyarətə gedə bilmir. Bir müddət sonra kişinin dostları Həcc ziyarətindən qayıdıb evə gələndə onu yanına gəlib:
– “Ey,bizim mömin qardaşımız ziyarətini təbrik edirik”.

Kişi təəccüblə;
– “Axı ,mən ziyarətə getməmişəm”

Dostu cavab verdi: “Axşam yuxumda Allah’ın Rəsulun (s.e.s) gördüm və o mənə dedi: “Get dostuna söylə həccin pulunu o qadına verdiyinə görə Allah (c.c) onun simasında bir mələk nazil etdi ki, axirətə kimi həccə getməsə də onun yerinə ibadət edəcək , ziyarətini yerinə yetirəcək”.

Unutmayın, etdikləriniz yaxşı və ya pis əməl olmasından asılı olmayaraq mütləq sizə qayıdacaqdır.