Tanınmışların gözəllik sirləri

0
247

Hər bir qadının mütləq bir gözəllik sirri vardır. Tanınmışların da özünəməxsus gözəllik sirləri var. İndi bəzi tanınmışların gözəllik sirləri ilə tanış olaq.

Michelle Pfeiffer (Aktrisa)
55 yaşında olan bu xanım gözəlliyini, bədən formasını qorumaq üçün hansısa bir pəhriz saxlamır. O, sadəcə menyusundan balığı çıxartmır. Həmişə demək olar ki, dəniz məhsulu olan balıqla qidalanır. Beləcə daim formada olmasını qoruyur.

Cameron Diaz (Aktrisa)
Bu xanımın gözəllik sirri yoqadır. Ətdən tamamilə imtina edib, meyvə-tərəvəzlərlə qidalanır və dərisinin gözəlliyini lavanda maskası ilə qoruyur

Julia Roberts (Aktrisa)
46 yaşında Oskar mükafatçısı olan bu ulduz öz çörəyini özü bişirir. Bu adi bizim bildiyimiz çörək deyil, yəni xüsusi bir reseptlə hazırlayır və sobadan çıxan çörəkləri evdə saxlamır. Bu xüsusi bir resepti “Julia Roberts çörəyi” adlandırır.

Demet Akalın (Müğənni)
41 yaşında olan türk müğənnisi Demet Akalın çoxlu meyvə, göyərti və tərəvəzlərlə qidalanır. Həftədə 3 gün 3 km yürüşə çıxır.

Yeşim Salkın (Müğənni)
Bu xanım indiyənə kimi gözəllik üçün heç bir estetik əməliyyat etdirməyib. Sadəcə onun dediyinə görə hər səhər üzünü zeytunyağlı sabunla yuyur. Həftədə 2 dəfə soda ilə üzünü yuyur. Gecə yatanda da mütləq “Acı badam” kremi sürtür.

Nükhet Duru (Müğənni)
59 yaşında olan bu xanım gözəlliyinin sirrini hər gün eyni vaxtda yatmaqda ,axşamlar yemək yeməməyində və gündə 1 litr cəfəri suyu içməyində görür. 

Aşkın Nur Yengi (Müğənni) 
Heç vaxt makiyajla yatmır. Hər səhər də üzünə mütləq nəmləndirici çəkir. Üzünü qazı qaçmış sodayla təmizləyir. Dərisinin gözəlliyi üçün bol meyvə və göyərti yeyir. Hər gecə də üzünü təmizləyir.

Deniz Uğur (Aktrisa) 
Bu qadın gözəlliyinin sirrini idman olduğunu söyləyir. Hər gün mütləq 1 saat qaçır. Onun fikrincə insan idman etdikcə gözəlləşir. Gündə bir neçə stəkan süd içir. “Süd dərimi gözəlləşdirir”, söyləyir. Onun fikrincə kökəlmək, arıqlamaq lazım deyil. Həmişə bəlli bir kiloda qalmaq lazımdır. Əks halda bədən, dərimiz öz formasını və gözəlliyini itirir.

Ceyda Düvenci (Aktrisa)
Mən adi günlərdə makiyaj etmirəm, çoxlu su içirəm və cəfəri yeyirəm. Günəşdən də qorunmağa çalışıram. Onun dediyinə görə anası yemək hazırlayarkən və ya meyvə soyarkən əlində qalan göyərti və meyvə sularını üzünə sürtür və bir neçə dəqiqədən sonra yuyur. “Mən də elə edirəm, bu dəriyə təbii qulluqdur. Həmişə də pozitiv düşünürəm”, deyir.

Ebru Şallı (Model) 
İki uşaq anası olan Ebru gündə 2 saat mütləq idman edir. Ebru Şallı idmana və gözəllik mərkəzlərinə bağlı olduğu üçün və vaxtının çoxunu apardığını söyləyərək öz Ulusdaki evini SPA mərkəzinə çevirib. Makiyajla heç vaxt yatmadığını və evdə makiyajsız olduğunu söyləyir. Təmizlik, yəni makiyajsız qalmaq mənim üçün çox önəmlidir. Dərimin, bədənimin hər zaman təmiz və təzə qalmasını istəyirəm. Bunun üçün gündəlik bədən və üz nəmləndiricisindən istifadə edirəm.

Thanks for rating this! Now tell the world how you feel through social media. .
Məlumat sizə necə təsir bağışladı? (Qeyd: hissiyatınız bizim üçün önəmli və əhəmiyyətlidir)
  • Normal və ya Razı 😉
  • Həyacanverici
  • Qəmgin 🙁
  • Hirsli :@
  • Utancverici
  • Sevindirici 🙂

Şərh bölməsi: