Sappho – e.ə 570. Tarixin ilk qadın ədəbiyyatşünası, Afroditin rahibələrindən biri idi. Yazdığı coşğulu və cəsur lirik şeirlər nəsillər boyunca yaşadı və günümüzə qədər gəldi.

Cleopatra – e.ə. 69 -30. Misirin son hükümranı , dövrün ən güclü iki adı Sezar və Marc Antony ilə bərabərliyi sayəsində ölkəsinin varlığını qorumasını təmin etdi , gözəlliyi bu gün belə dillərdən düşmür.

Məcdəlli Məryəm e.ə. 4 – b.e. 40. Xristianlığı gətirən peyğəmbər İsa ondan ‘yoldaş’ım deyə bəhs etdi və Xristianlığın yayılmasında çox əhəmiyyətli rol aldı.

Boudicca b.e. 1. Əri Britaniya adasının ən əhəmiyyətli klanlarının birinin başında idi. Ərinin ölməsi üzərinə romalılar ölkəsini məhvə doğru sürüdü. Bu dağıtmaya qarşı dayanan və bütün Klanları birləşdirən Boudica, müqavimətin simvolu oldu.

Hildegard von Bingen 1098-1179. Həyatını bir monastırda inzivada keçirən rahibə şiddətli migren ağrıları üzündən gördüklərini kağıza tökməyə başladı. Daha sonra özünü şeirə verdi və qadınlıq hisslərini yazıya daşıyan ilk qadın oldu.

Aquitaine’li Eleanor 1122-1204. Fransanın ilk Kraliçası, gözəlliyi və çəkiciliyi ile diqqət çəkməsinin yanında siyasət üzərində də olduqca təsirli idi. Oğulları aslan ürəkli Richard və John İngiltərənin güclü krallarıydı. Ailə bağları sayəsində bütün Avropanı idarə etdi.

Jeanne d’ Arc 1412-1431. Fransanın ən vətənpərvər qadını üstünə zirehləri keçirib ölkəsini İngiltərəyə qarşı qorumaq üçün Tanrıdan vəhy gəldiyini söylədi. Bütün ölkədə yüz illik müharibələrinin simvolu oldu. Sonunda din adamları tərəfindən yandırıldı, amma ölümündən 400 il sonra Vatikan onu Azizə elan etdi.

Mirabai 1498-1565. Köklü bir hind ailəsində doğulan Mirabai ənənələrə görə özünə seçilən yoldaşı rədd edərək, özünü Krishna dininə verdi. Yazdığı şeirlər və söylədiyi mahnılar Hind mədəniyyətini təsiri altına aldı və Hinduizmə yeni bir nəfəs gətirdi.

Avila’lı St Teresa 1515-1582. Mistik şeirlər yazan İspan rahibə yaşadığı zamanda Katolik kilsəsindəki fanatiklərə qarşı böyük mübarizələr vermişdi.

Catherine de Medici 1519-1589. 14 yaşındakı Fransa kralıyla evlənib, Avropanın ən böyük gücünün başına keçdi. Yoldaşının vəfatı üzərinə 3 oğlu və özü Fransanı idarə etməyə başladı. Siyasi gücünü artırmaq üçün olduqca mərhəmətsiz idi. Varfolomey’S Günü Qətliamında 50 min adamın ölümündən məsul olan adam o idi.