Frederick Charles Krueger – “A Nightmare on Elm Street” qorxu filminin mənfi personajı və tarixin ən populyar kinomanyakıdır. Onunla ilk dəfə 1984-cü ildə tanış olduq. Yanmış dəri, kəsici barmaqlar və zolaqlı köynəkli antiqəhrəmanı dəhşətli edən onun insanları istər yuxuda istərsə də ayıq halda amansızca öldürə bilməsi idi.

Bir çoxlarımızın uşaqlıq kabusu olan Freddie və ümumilikdə film haqqında bilmədiyimiz dəhşətli faktları üzə çıxardıq. Sən demə..

Ssenarinin tarixi…

Filmin ssenarisi 1981-ci ildə yazılmışdır, ancaq heç bir kino studiyası bu film üçün müqavilə bağlamağa razı olmurdu və yəqin ki, həmin studiyalar hal-hazırda peşimandır, çünki 1984-cü ildə işıq üzü görən film böyük uğur qazandı. $1,8 büdcəsi olan filmin ilk olaraq ABŞ-da yayınlanmış və kassalardan $25 milyon qazanmışdı.

Real hadisələr əsasında…

Personajın yaradıcısı, filmin ssenaristi və rejissoru Wes Craven filmi real hadisələrdən ilhamlanaraq yaratmışdır. Belə ki, bir zamanlar Kombocada gənclər gecə kabuslarından əziyyət çəkirdilər. Bu səbəbdən də onlar var gücləri ilə yatmamağa çalışırdılar, ancaq uzun müddət yuxu ilə mübarizə apardıqdan sonra məğlub olan gənclər fəryad edərək oyanır və infarktdan ölürdülər.

Freddie adı isə məktəb illərində müəllif ilə dalaşan oğlanın adıdır.

2273 litr qan…

Filmin çəkilişləri zamanı 2273 litr süni qandan istifadə olunmuşdur. Aşağıdaki səhnəni çəkmək üçün isə otağ və kamera baş-ayaq çevrilmiş, daha sonra süni qan buraxılmışdır.

Cəmi 7 dəqiqə…

Qorxu filminin fanatları tənbəllik etməmiş və hesablamışdır: “A nightmare on Elm street”  filmində baş antiqəhrəman ümumilikdə 7 dəqiqə ekranlarda görülmüşdür. Bununla belə o, bütün dünyanı qorxutmağı bacarmışdır.

Sviterin rəngləri…

Freddienin köynəyinin tünd qırmızı və tünd yaşıl zolaqlı olması əbəs yerə deyil. Xırda detallara belə diqqət yetirən Wes narahatlıq və təşviş hissi yaradan iki rəngi seçib birləşdirmişdir.

Qlenn personajı…

“A nightmare on Elm street” Johny Deppin çəkildiyi ilk filmdir. Təəssüf ki, aktyor ekranlarda çox görünmədi, çünki Freddie ilk olaraq məhz onu öldürdü. Nəysə ki, bu aktoyun ulduzunun parlamasına maneə olmadı.

Ümilikdə 8 film və 1 serialda Cənab Gecə Kabusu rolunu canlandıran Robert Englunda təşəkkür etmədən məqaləmizi bitirə bilməzdik 🙂