Yaponiyada günəş enerjisini udaraq onu mobil telefona ötürə bilən parça icad ediblər. Belə parçadan tikilən paltarı geyən adam, sadəcə, mobil telefonunu öz paltarına qoşmaqla onun batareyasını yükləyə bilər. Hələlik parça satışa verilməyib. Çünki alimlər onu bazara çıxarmazdan öncə bəzi tamamlama işləri aparmaq niyyətindədirlər.