Xoşbəxtlikdənmi, bədbəxtlikdənmi bilmirik, ancaq mobil telefonlarının bu əsrin əvəzolunmaz cihazına çevrildiyi dəqiqdir. Bu cihazın yüzlərlə üstünlüyü və cəmi bir mənfi cəhəti var: batareyasının enerjisinin tükənməsi. Batareyanın enerjisinin tükənməməsi lazımdır, təcili zəng etməli və ya mail göndərməli olduğunuz hallarda bu hiylələrdən istifadə edin:

  • Diqqət etsəniz, fərqinə varacaqsınız ki, telefonunuzda olan əksər mobil tətbiqlərdən tez-tez bildirişlər gəlir. Sizin üçün vacib olmayan tətbiqlərin bildirişlərini söndürün.
  • Telefonunuzu kənara qoyduğunuz zaman displeyin boş yerə yana-yana qalması gərəksizdir. Cihazın fabrik ayarlarında telefon aktivliyini dayandırdıqdan 1-2 dəqiqə sonra displey sönür. Siz bu zamanı 30-10 saniyəyə qədər qısalda bilərsiniz. Beləliklə, batareyanın enerjisinə xeyli qənaət etmiş olacaqsınız.
  • Wi-Fi, Bluetooth və GPS-i boş yerə aktiv saxlamayın.
  • Ekranın işiğını azaldın.
  • Titrəmə rejimini söndürün.
  • Mobil tətbiqlərin avtomatik olaraq yenilənmə funksiyasını söndürün.
  • 3G-ni 2G ilə əvəz edin.
  • Uçuş rejimini aktivləşdirin.
  • Unutmayın ki, temperatur 0C-dən aşağı olduğu zaman batareya 40-50% enerjisini itirir.

Və ən əsası, telefonun əsirinə çevrilməyin. Təbiəti və real ünsiyyəti hər zaman üstün tutun.