Sənaye və texnologiyanın sürətli inkişafıyla əlaqədar yeni sənətlər yaranarkən bəzi sənət növləri də artıq sıradan çıxır. Uzun zamandır iş elanları sırasından çıxan və bir daha gəlməyəcək olan tarixi peşələrin hansı olduğunu birlikdə öyrənək…

http://imageshack.com/a/img633/7177/QDN2sz.jpg

“Bowling” labutunun düzülməsi.  Adətən uşaqların məşğul olduğu bu iş artıq texniki avadanlıqlarla həyata keçirilir.


http://imageshack.com/a/img538/7448/pMwfYp.jpg

Siçan ovçuları.  Xüsusilə Avropada işlədilən bu insanlar, siçanların çoxalmasına qarşı mübarizə aparırdılar. Ovçular o dövrlərdə yayılan çoxsaylı xəstəliklərin səbəbkarı olaraq görülən siçanları məharətlə ovlayırdılar.


http://imageshack.com/a/img901/8922/eNXMZo.jpg

Məzar qazılması. XIX əsrdə qanuni yollarla meyit əldə etmək çox çətin olduğundan tibb fakultələri tərəfindən işlədilən bəzi insanlar universitetlərə meyit aparmaq üçün məzar qazırdılar.


http://imageshack.com/a/img540/5413/uYJPR6.jpg

Buzun kəsilməsi. Soyuducunun daha ixtira edilmədiyi zamanlarda zəngin insanların evlərinə aparması üçün böyük buz parçaları kəsən insanlar var idi.


http://imageshack.com/a/img673/8841/Gzb2kA.jpg

Küçə lampalarının yandırılması. Elektrik ixtira edilməzdən əvvəl sadəcə müəyyən yerlərdə mövcud olan qaz lampalarını yandıran insanlar var idi. 


http://imageshack.com/a/img912/83/wEqAiC.jpg

Göy üzünün dinlənilməsi. İnkişaf etmiş radar sistemlərindən əvvəl bu insanlar göy üzünü dinləyərək təyyarələrdən çıxan mühərrik səslərini eşitməyə çalışırdılar.


http://imageshack.com/a/img661/9486/ZsWeK6.jpg

Tomruq sürücüləri. Ağac tomruqları daşımaq üçün yeganə üsulun çaydan keçmək olduğu dövrlərdə tomruqları lazım olan yerlərə aparmaq üçün işləyən insanlar var idi. Tomruq – kötüklərin kəsildikdən sonra bütün budaqlardan və qabarıqlıqlardan təmizlənmiş, qabıqları soyulmuş və istənilən ölçülərdə bölündükdən sonrakı halına verilən addır.


http://imageshack.com/a/img908/9516/eich0A.jpg

Oyandırıcılıq (“Budilnik adam”): Dövrümüzdə səsli saatın yerinə yetirdiyi bu işi, texnologiyanın inkişafından əvvəl insanlar icra edirdilər. İnsanları səhər oyadır və bunun qarşılığında pul alırdılar.


http://imageshack.com/a/img540/5806/V1RMNq.jpg

Telefon stansiyası məmuru. Telefonun istifadə edildiyi ilk zamanlarda bütün telefon xətlərini idarə edən insanlar idi. Bir yerə zəng vurmaq üçün əvvəlcə telefon stansiyasına qoşulmaq lazım gəlirdi.