Yazıçı F. Scott Fitzgeraldın əsəri XX əsrin şedevridir. Bu roman nə az nə çox, düz 3 dəfə ekranlaşdırılmışdır. Birinci film 1974-cu ildə, ikinici 2000-ci ildə, üçüncü və ən möhtəşəm film isə 2013-cü ildə çəkilmişdir.

1. Filmin rejissoru Bazz Luhrmanndır. Onun digər mükəmməl işlərinin nümunəsi olaraq «Moulin Rouge» və «Romeo and Juliet» filmlərinin adını çəkə bilərik.

2. Jay Gatsby rolunu canlandırmaq təklifini aldığı zaman Leonardo Dicaprio tərəddüd edirdi. Belə ki, əsər bir çoxlarının sevimlisi olduğundan, izləyicilərinə xəyal qırıqlığı yaşatmaqdan qorxurdu, ancaq o, əksinə, əsəri sevməyənlərə belə onu sevdirdi.

3. Nick Carraway roluna başqa heç bir namizəd yox idi. Rejissorun seçimində əmin idi: Tobey Maguire.

4. Daisy rolunu canlandırmaq üçün Blake Lively, Carey Mulligan, Michelle Williams, Amanda Seyfried, Keira Knightley, Natalie Portman və Scarlett Johansson mübarizə apardı. Qələbəni Carey Mulligan çalmışdı və bunun üçün özünü çox xoşbəxt hiss edirdi. Carey Mulligan romanı ilk dəfə olaraq çəkilişlərdən öncə oxuduğunu etiraf etdi. Personajı haqqında ilk şərhi bu idi: «Daisy qaymaq kimidir – yüngül, havalı, şirin. Və… boş: onun dünyaya verə biləcəyi heç bir mesaj yoxdur».

5. Qadın personajlarını geyimlərini Prada, ziynət əşyalarını isə Tiffany&Co hazırlamışdır.

6. Kişi personajlarının geyimləri məşhur amerikan “Brooks Brothers” atelyesində tikilmişdir.

7. Filmin çəkilişiləri Avstraliyada həyata keçmiş və 3 sentyabr tarixindən 22 dekabr tarixinə qədər davam etmişdir.

8. Filmin büdcəsi 120 milyon dollar təşkil edir.