Bir çox xarici ölkələrin kollec və universitetlərində təhsil almaq, təqaüd qazanmaq və işə qəbul olmaq üçün TOEFL sertifikatı şərtdir. Bu sertifikatı qazanmaq üçün bir neçə ödənişsiz resursu sizinlə paylaşırıq.

  1. ETS TOEFL – TOEFL imtahanının rəsmi saytıdır. Burada siz faydalı məshlətələr, effektiv hazırlıq üçün müxtləlif resurslar tapa biləcəksiniz.

  2. Learn 4 Good – imtahanda rast gəlinən testləri burada əldə edə biləcəksiniz. Bundan əlavə burada imtahanın və nəticələrin hesablanma metodikası da izah olunur.

  3. Get TOEFL və Test Preppractice – burada testlərdə əlavə, məhz TOEFL hazırlığı üçün nəzərdə tutulmuş başqa resurslar da tapacaqsınız.

  4. Test Magic – esse yazmaqda çətinlik çəkirsinizsə, bu sayt sizin üçündür.

  5. TestDEN – bu saytı isə sınaq imtahanı kimi düşününün.

  6. Freeesl – burada TOEFL imtahanlarının strategiyası izah olunur və digər resurslara keçid verilir.

  7. Good Luck TOEFL – imtahanı mərhələlərə bölərək aydın şəkildə izah edir və hazırlaşdırır.

  8. Test Prepreview – burada isə testlər edə və dil səviyyənizi yoxlaya bilərsiniz.

  9. Quiz Tree və Quizlet – söz bazanızı genişlətmək üçün bu resurslardan istifadə edin. Çünki burada öyrənəcəyiniz sözlər imtahanda sizə dayaq olacaq.

  10. Nonstop English – sizi maraqlandıran təkcə TOEFL deyil, həm də digər beynəlxalq imtahanlardırsa bu resurs tam sizə görədir.

Uğurlar!