Rus yazıçısı Lev Tolstoyun nağıl şəklində yazılmış və 1885-də nəşr olunmuş bir əsərində önəmli üç sual mövzusu müzakirə edilir. Bu, “Üç Sual” adlı əfsanəvi əhvalat, yazarın “İnsan Nə ilə Yaşar” kitabında yer alır. Aşağıda göstərdiyim mənbədən əldə etdiyim məlumatları burada qısaca paylaşmaq istəyirəm[1].

Qədim zamanlardan  birində  bir  kralın ağlına bu düşüncə gəlir: Üç sualın cavabını bilsəm, həmişə müvəffəq olaram. Kralın cavabını bilmək istədiyi bu üç sual bunlar idi:

1 – Bir iş üçün ən yaxşı zaman hansıdır?

2 – Ən əhəmiyyətli insanlar kimlərdir?

3 – Hər zaman ediləcək ən yaxşı şey nədir?

Sarayındakı müdrik kəslərdən soruşan kral, hər birinin bu suallara fərqli cavablar verdiyini gördü. Yaxındakı bir kənddə sadə və yalnız bir həyat yaşayan müdrik adama soruşmağa qərar verdi. Maraqlı burasıdır ki bu yalqız adam  saray əhlinə ilə  danışmaz, sıravi, sadə insanlarla danışarmış.

Bu səbəblə kral kəndli qılığına girərək  saraydan çıxıb bu adamın kəndinə gedir. Kral gələndə bu adam  çiçək əkməyə hazırlıq görürmüş, bağçanı çapalıyırmış. Kral gəlib suallarını soruşur, amma adam ona cavab vermək əvəzinə işini ilə məşğul olur. Kral kişiyə kömək etmək istəyir, qollarını çırmalayır və bir müddət o da bağçanı qazmağa başlayır. Bir müddət bağçanı bellədikdən sonra , kral suallarını yenidən soruşur.

Münzəvi (yalqız adam) cavab verməyə vaxt tapa bilmədən meşədən qarınından yaralanmış bir adam çıxır və  yarası hələ də qanıyırmış. Münzəvinin köməyi ilə kral bu adama kömək edir, yaralarını təmizləyir, qucağına götürüb yatağa yatırır. Vaxt çox gec olduğu üçün o axşam münzəvinin evində qalırlar.

Ertəsi səhər yaralı adam daha yaxşı olur, amma padşahın ona kömək etməsindən şübhələnir. Nəhayət yaralı adam etiraf edir ki: “Sizin kral olduğunuzu bilirəm. Siz mənim böyük qardaşımın malını mülkünü əlindən aldınız və onu edam etdirdiniz. Mən sizi öldürmək üçün gəldim. Meşədə sizin gözətçiləriniz məni tanıdılar və yaraladılar. İndi burada siz mənə yaxşılıq etdiniz, həyatımı xilas etdiniz. Bu yaxşılığınızı unutmayacam. Bu vəziyyətdə hüzurunuzda sizə bağlılıq sözü verirəm; sadiq bir qulunuz olacam.  İcazə versəniz gedim. “Bunları söylədikdən sonra adam gedir.

Adam getdikdən sonra kral adama yenidən üç sualını verir. Münzəvi, sənin bütün suallarının cavabı sənə verildi, yalnız fərqində deyilsən, deyir. Və açıqlayır:

1 – Ən əhəmiyyətli zaman indidir. Bu an bir şey edə biləcəyimiz, təsir edəbiləcəyimiz və yaxud dəyişdirə biləcəyimiz yeganə zamandır.

2 – Ən əhəmiyyətli insan, o anda birlikdə olduğun insandır.

3 – Ediləcək ən əhəmiyyətli şey birlikdə olduğun o insana yaxşılıq etməkdir.


[1] İnsan Ne İle Yaşar – Lev Nikolayeviç Tolstoy – Aden Yayınları

Nə düşündünüz?
Like
Love
Haha
Wow
Sad
Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here