1. Başqaları əllərini yanlarına saldığı və təslim olduğu məqamlarda, onlar yeni fürsətlər axtarır və onu tapırlar.
2. Digərlərinin uğursuzluq hesab etdiyi hadisədən nəticə çıxarmağı, dərs almağı bacarırlar.
3. Onlar düşünülmüş qərarlar qəbul edirlər.
4. Digərlərinin nə vaxtsa uğurun onları tapmasını gözlədiyi halda, bu insanlar özləri məqsədyönlü şəkildə və daima uğura gedəcək yol salırlar.
5. Onlar da digərləri kimi qorxu hissi yaşayır, lakin bu hissin onlara hakim kəsilməyinə icazə vermir, qorxu onları deyil, onlar qorxunu idarə edir. Qorxu sadəcə ehtiyat deməkdir.

6. Onlar düzgün sual verir- bu suallar tam və hər tərəfli cavablandırma tələb edirlər. 
7. Onlar şikayətlənmir –bu əlavə güc sərfidir. Onların bütün şikayətləri məhkəmələrə gedir.
8. Onlar günahı başqasının üzərinə yıxmır. Onlar öz fəaliyyətlərinə və onun nəticələrinə görə tam məsuliyyəti öz üzərilərinə götürürlər.
9. Heç də məcbur deyil ki, onlar fantastik talant sahibi olsun, lakin onlar həmişə mövcud potensiallarını maksimal şəkildə reallaşdırmaq üsulu tapırlar. Onlar həmişə özlərinə qarşı tələbkar olur.
10. Onlar məşğul, yaradıcı və punktualdırlar. Hamının bekar gəzdiyi, işsiz dayandığı və sanki işləyirmiş kimi davrandığı yerlərdə və anlarda – onlar həqiqətən işləyirlər.

11. Onlar ətraflarına həmfikir olduğu insanları toplayır — vahid və bütünləşmiş komanda qədər başqa heç bir amil qarşıya qoyulmuş məqsədə nail olmağa kömək edə bilməz.
12. Onlar şöhrətpərəst olur və həmişə özlərinə belə bir sual verirlər –niyə də mən olmayım? Bu onlara talelərini idarə etmək imkanı verir, onlar hamı kimi sadəcə axına tabe olmurlar.
13.  Onlar öz həyatlarını necə görmək istədiklərini yaxşı bilirlər və məhz bunun üçün nə lazımsa onu edirlər, digərləri isə öz həyatlarına kənardan sadəcə seyr edici kimi baxırlar.
14. Onlar kimisə təqlid etmir, öz yollarını açır, öz üslublarını yaradırlar.
15. Onlar heç nəyi təxirə salmır, bu isə o deməkdir ki, onlar həyatlarını nəyi isə gözləyərək keçirmirlər.

16. Onlar bütün həyatları boyu öyrənirlər. İstənilən həyat təcrübəsi –bir dərsdir.
17. Onlar optimistdirlər, buna görə də hər şeydə fayda görürlər.
18. Onlar etməli olduğu idi edirlər, onlar həmin an özlərini necə hiss etməsi heç bir önəm kəsb etmir.
19. Onlar riskə gedir –istər psixoloji, istər emosional, istər maliyyə, istər də peşəkar.
20. Onlar problemlərdən qaçmır, onlar ilə üz-üzə dayanırlar.

21. Onlar ürəklərində arzu tutub, bəxtin onlara güləcəyini və xoşbəxt şansı gözləmir, bu insanlar özləri-öz talelərini qururlar.
22. Onlar hadisələri qabaqlamağa çalışır və hər hansı bir hadisə baş verməmiş ona qarşı tədbir görürlər.
23. Onlar emosiyalarını idarə etməyi bacarırlar. Onlar da hamının hiss etdiyini duyğuları yaşayır, lakin öz hisslərinin əsirinə çevrilmirlər.
24. Bu insanlar kommunikasiya məharətinə sahibdirlər və daima bu bacarığı təkmilləşdirirlər.
25. Bu insanların müəyyən həyat planları olur və onlar bu plana riayət edirlər. Onların həyatı səliqəsiz və dağınıq hadisələr yığnağı deyil.

26. Onların müstəsnalığı ondadır ki, onlar başqalarının görə bilmədiyi və görmək istəmədiyi şeyləri sanki adi bir vərdiş kimi rahatlıqla edirlər. Bu elə qərarlardır ki, bunu onlardan başqa heç kəs qəbul edə bilməz.
27. Əksər insanların komfortdan asılı olduğu halda, uğurlu insanlar bilir ki, polad döyüldükcə bərkiyər və insan xarakteri məhz çətinliklər gördükcə möhkəmlənir.
28. Onlar öz dəyərlərini dərk edirlər və bu onlara dəyərli həyat yaşamağa imkan verir.
29. Onlar tarazlıq sevəndir. Müvəffəqiyyət və pul, xoşbəxtlik və nailiyyət anlayışlarını qarışdırmırlar.  Bir çox problemlər onda yaranır ki, əksər insanlar başa düşmür ki, pul –sadəcə vasitə və alətdir, amma o sənə xoşbəxtlik vermir.
30. Onlar nizam intizamın və özünə nəzarətin əhəmiyyətini dərk edirlər.

31. Müvəffəqiyyətli insanlar özlərinə əmindir.
32. Onlar xeyirxah və səxavətlidir. Onlar başqalarına kömək edəndə bundan zövq alırlar.
33. Onlar təvazökardır, səhvlərini qəbul etməyə və üzr istəməyə hazırdır. Onlar öz bacarıqlarına arxayındır, amma buna rəğmən təkəbbürlü deyillər. Onlar digərlərindən öyrənməyi bacarırlar. Onlar başqalarına fərqlən imkanı verdiklərinə görə özlərini xoşbəxt sayırlar və qabağa dartmağı xoşalmırlar.
34. Onlar uyğunlaşmağı çox yaxşı bacarır və öz adət və vərdişlərinin qulu olmurlar.
35. Onlar özlərini yaxşı fiziki formada saxlayır, lakin öz vücudlarına həddindən artıq aludə deyillər.

36. Onlar çox işgüzardırlar. Daima səy və əzmlə çalışırlar.
37. Onlar çox elastikdirlər. Başqasını sadəcə partlayacağı bir yerdə, onlar qızınmağa müyəssər olurlar.
38.  Onlar qapalı deyil və insanlar üçün açıqdırlar.
39. Onlar xoşagəlməz, nadürüst və natəmiz insanlar ilə ünsiyyətə girmirlər.
40. Onlar güclərini və vaxtları özləri üçün gərəksiz olan şeylərə sərf etmirlər.

41. Onlar axına qarşı üzməyə və sıradan kənar, qeyri adi bir görməyə olduqca şaddırlar.
42. Onlar həmişə özlərini “balıq suda olduğu” kimi hiss edirlər.
43. Onların özləri üçün müəyyən etdiyi zirvə nöqtəsi həmişə digərlərindən daha hündür olur.
44. Onlar vaxtlarını özlərinə bəraət və ya uğursuzluqlarına haqq qazandırmağa sərf etmirlər.
45. Onlar həmişə pozitiv əhval-ruhiyyədir və heç vaxt təslim olmurlar.