Ulduzlar hər zaman heyranlarının göz zövqünə oxşamaq üçün formada qalmağa çalışır. Bizim kimi insan olsalar da, onların iradə gücü pəhrizdən qaçıb, artıq bir dişlək şirniyyat yeməyə imkan vermir. Xüsusi bir obraz üçün təcili surətdə arıqlamaq lazım olarsa isə, ulduzlar xüsusi pəhrizlərdən istifadə edir. Bu pəhrizlərdən bir neçəsini sizinlə paylaşırıq.

  1. “Səfillər” filmində Fantine obrazını canlandırmaq üçün Fantine Anne Hathaway xüsusi pəhrizlə qidalanırdı. Aktrisa gün ərzində 500 kkaldan artıq qida qəbul edə bilməzdi. O gün ərzində 2 porsiya yulaf spaqettisi, hummus və az miqdarda turp yeyirdi. 

  2. Ana olduqdan sonra Nicole Kidman artıq çəkidən qurtulmaq üçün təkcə qaynadılmış yumurta ilə qidalanırdı. 1 ədəd səhər yeməyində, 1 ədəd günorta yeməyində və 2 ədəd yumurtanı axşam yeməyində yeməklə o, gözlədiyindən də artıq çəki atdığını etiraf etdi. 

  3. Christina Aguilera maraqlı qida rasionu ilə fərqlənir. O, gün ərzində mütləq yumşaq, xırtıldayan, isti və soyuq qidalar qəbul edir. Xüsusilə diqqət etdiyi amil isə bu qidaların eyni rəngdə olmasıdır. Qəribə olsa da, pəhrizin işə yaradığı danılmazdır. 

  4. Reese Witherspoon geniş yayılmış pəhrizdən istifadə edir: uşaq qidası. Niyə? Çünki püre halında qida tez həzm olunur. Porsiyaların kiçikliyi də digər üstünlükdür. 

  5. Natalie Portman balerina rolunu canlandırmaq üçün qısa zamanda 40 kilo çəki atmışdı. Axı necə? Gün ərzində Natalie yarım qreypfrut, yerkökü və badamdan başqa heç nə yemirdi.