ABŞ-ın Arizona ştatında anasının bətnindən yenicə çıxan və dünya ilə üzləşən körpə əlini uzadaraq həkim ilə görüşür. Belə ki, anasının bətnində olan qız qeysər kəsimi vasitəsilə dünyayagəlməyə hazırlaşarkən əlini qarından çıxarıb və əməliyyatı aparan cərrahın barmağından yapışıb. Ötən ilin oktyabrın 9-da aparılmış əməliyyat zamanı çəkilmiş foto indi yayılıb. Daha doğrusu, Navehin atası Rendi qızının bu unikal hərəkətinin fotosunu yayıb.