Yaya sayılı günlər qaldı!  Planlar qurmaq və onları həyata keçirmək zamanıdır. Ağlınızda hələ də heç nə yoxdursa, ‘Bildirchin’ unudulmaz bir yay yaşamaq üçün nə etməli olduğunuzu bilir!

  1. Yay fotosessiyası edin. Qışın soyuq günlərində həmin fotolar sizi isidəcək.
  2. Heç olmasa həftənin 2 gününü telefon və internet olmadan keçirin. Canlı ünsiyyətlər qurun, əylənin!
  3. Tennis və ya voleybol turnirləri təşkil edin.
  4. Səyahət edin. Hədəf qonşu rayon belə ola bilər. Yetər ki, yeni məkanlar kəşf edəsiniz.
  5. Hələ də bacarmırsınızsa, bu yay mütləq velosiped sürməyi öyrənin.
  6. Həddindən artıq isti bir gündə su tapancalarını sərin su ilə doldurub atışma elan edin.
  7. Açıq havadan konsertə gedin.
  8. Bol-bol dondurma yeyin və hətta resepti öyrənib, onu özünüz hazırlayın.
  9. Yay boyu qısa-qısa çarxlar çəkib, sonda onları montaj edib, birləşdirin.
  10. Çəmən güllərindən çələng düzəldib, onu kiməsə hədiyyə edin.

  11. Üzməyi öyrənin.
  12. Çimərlikdə günəşlənin.
  13. Damda və ya balkonda səhər yeməyi yeyin.
  14. Meşədə gəzintiyə çıxın və axşam üstü tonqal ətrafında dostlarınızla söhbət edin.
  15. Meşəyə getmişkən giləmeyvə də toplamağı unutmayın.
  16. Açıq havada sinemaya gedin.
  17. Fleşmobda iştirak edin.
  18. Saç düzümünüzü dəyişin.
  19. Aşiq olun. Mütləq aşiq olun!
  20. Özünüzü sevmədiyiniz əşyalardan və insanlardan azad edin.

  21. Qarpız və yemişdən zövq alın.
  22. Sakit bir parkda kitab oxuyun.
  23. Daha öncə sizə təhlükəli gələn karusellərə minin. Adrenalin şərtdir!
  24. Ən son nə zaman otluqda ayağı yalın gəzmisiniz? Bunu təkrar edin!
  25. Açıq havada idmanla məşğul olun. Qulaqcılarınızı götürməyi və yayın hit mahnılarını telefonunuza yükləməyi unutmayın.
  26. Və mütləq axan ulduzu yaxalayıb, arzu tutun! Ancaq arzu tutarkən, diqqətli oldun. Çünki arzuların belə bir xüsusiyyəti var: onlar mütləq bir gün həyata keçir! Kim bilir, bəlkə bu yay sizin yayınız olacaq? 😉