Amerikanın “Uotertaun” neft daşıyan gəmisi 1924-cü ildə Panama kanalı ilə Yeni Orlean istiqamətində üzürdü. Gəminin səyahətinin ilk günündə iki dənizçi neft buxarında boğulurlar və Meksika sahillərində dəfn edilirlər. Növbəti gün digər dənizçilər gəminin kənarında iki xəyali üz görür. Kapitan həmin an ölən dənizçiləri tanıyır. Üzlər daim peyda olurlar və bütün heyət onları dəfələrlə görür. Hər dəfə üzlər gəmidən 13 metr kənarda görünürlər. On saniyə sonra isə itirlər və yenidən çıxırlar. Kapitan hadisə barədə Yeni Orleana çatan kimi danışır. Bütün heyət başları görmüşdü və kapitan Treysi fotoaparatla, bu hadisənin fotosunu çəkir. Lakin kadrların həqiqiliyinə şübhəli olanlar da olur. Fotolar araşdırma bürosuna göndərilir. Məlum olur ki, burada heç bir saxtakarlıqdan söhbət gedə bilməz.