Məktəbin ilk günü bitmişdir. 4-cü sinfə gedən oğlumu məktəbdən götürəndə tez-tez (böyük bir həyəcanla) soruşduğum ‘Günün necə keçdi?’ sualım həyəcansız monoton bir ‘yaxşı‘ sözü ilə cavablandı. Yaxşı görək! ‘Bugün məktəbin ilk günü idi.’ deyə içimdən bağırırdım! İkinci gün isə eyni sualım ‘yeni bir şey yoxdur’ cavabını aldı.
 
Hesab edirəm ki, bu problem artıq mənə aiddir. Yəqin ki, sualım həqiqətən yaxşı bir sual deyil. Bir söhbəti başlatmaq üçün xəyal gücündən yoxsul, hətta darıxdırıcı bir sualdır. Buna alternativ ola biləcək uşağımın birdən çox söz istifadə edərək cavablayacağı sualları topladım. Hətta oğlumun 8-ci suala verdiyi cavab təxminən yarım saat davam edir.
  
 Uzun bir məktəb günündən sonra övladımın cavablayacağı suallar:
 1. Bu gün məktəbdə olan ən gülməli şey nə idi?
 2. Biri sənin üçün inanılmaz xoş bir şey etdimi?
 3. Bu gün hansı yeni məlumatları öyrəndin?
 4. Günorta yeməyində nə yedin?
 5. Tənəffüsdə hansı oyunu oynadın?
 6. Sinifdə burnunu qarışdıran birini gördünmü?
 7. Bu gün biri üçün nə etdin?
 8. Müəllimlərindən yalnız biri zombi hücumundan xilas olsaydı, o kim olardı? Niyə?
 9. Bu gün səni nə gülümsətdi?
10. Bu gün sənə çətinlik yaradan şey nə oldu?
11. Məktəbin lunaparkdakı bir oyun olsaydı hansı olardı? Niyə?
12. Gününə 1-dən 10-a qədər şkalada neçə bal verərsən? Niyə?
13. Sinif yoldaşlarından biri o gün üçün müəllim olacaq olsa kimi seçərdin? Niyə?
14. Sabah sinif müəllimləri olsaydın nə öyrədərdin?
15. Bu gün səni hirsləndirən biri oldu mu?
16. Hələ də dost olmadığın kiminlə dost olmaq istəyirsən?
17. Məktəbdə tənəffüsdə edilən ən əyləncəli fəaliyyət nədir?
18. Müəllimin ən əhəmiyyətli qaydası nədir?
19. Müəllimin tanıdığın bir başqa birini sənə xatırladırmı? Kimi?
20. Yoldaşlarından biri haqqında yeni öyrəndiyin bir şeyi izah etmək istərsənmi?
21. Məktəbə yadplanetlilər gəlib 3 uşağı öz planetlərinə aparsaydı kimləri aparmalarını istərdin? Niyə?
22. Bu gün kimə necə kömək etdin?
23. Bu gün hansı anda özünlə fəxr etdin?
24. Bu gün əməl etməsi ən çətin qayda sənin üçün nə idi?
25. Məktəb ili bitmədən öyrənmək istədiyin nə var?
26. Sinifdə tam qarşında oturan yoldaşın kimdir?
27. Məktəbin ən əyləncəli yeri haradır?
28. Məktəbdə oynadığınız oyunların hansında ustalaşmağı hədəfləyirsən?
29. Sinfinizdə qaydalara əməl etməkdə çətinlik çəkən biriləri varmı?
 
Mənbə: Sara Goldstein
Nə düşündünüz?
Like
Love
Haha
Wow
Sad
Angry