Bəzi valideynlər uşaqları ilə eyni yatağı paylaşarkən, bəziləri eyni otağı paylaşmağı daha uyğun görür. Birlikdə yatmaq, uşağınıza ehtiyac anında yetişməyinizi asanlaşdıra və ya gün ərzində keçirmədiyiniz zamanı yuxu vaxtında keçirməyinizə kömək edə bilər. Amma hər uşaq üçün müəyyən bir zamandan sonra öz yatağında yalnız yata bilməsi sağlam inkişaf üçün olduqca vacibdir. Övladınız ilə yatağınızı/otağınızı paylaşma mövzusunda dəyişiklik etməyə hazırsınızsa aşağıdakı 5 təklif uşağınızın öz yatağında yatmağa alışmasını asanlaşdıra bilər.



  1. Uşağınız ilə bu mövzuda danışın. Uşağınızın yaşı neçə olursa olsun uşağınıza yuxu nizamının dəyişəcəyini anlaya biləcəyi sadə bir dil ilə izah edin. Uşağınıza bu məlumatı verməyə yuxu nizamında dəyişikliyi etmədən 3-4 gün əvvəl başlaya bilərsiniz.


  2. Uşağınızı “keçid əşyası” ilə tanış edin. Uşağınız ilə yatağınızı ayırmağa qərar verdiyinizdə, uşağınıza (əgər hələ də yoxdursa) bir yumşaq oyuncaq, balış kimi bir yuxu yoldaşı hazırlaya bilərsiniz. Bu nöqtədə isə oyuncağın etibarlı olduğuna əmin olmanız olduqca əhəmiyyətlidir. Bu yuxu yoldaşının məqsədi uşağınızın yanında siz olmayanda onu sakitləşdirməsi və təhlükəsiz hiss etdirəcək olmasıdır. İstəsəniz sizin tez-tez geydiyiniz və qoxunuzun hopduğu bir paltarı da uşağınıza yuxu yoldaşı edə bilərsiniz. Beləcə uşağınız sanki siz yanındaymışsınız kimi qoxunuzu hiss edə bilər.


  3. Uşağınıza uyğun bir yataq seçin. Uşağınızı öz yatağına keçirmədə kiçik addımlar ilə dəyişikliklər etmək daha asan olacaqdır. Əvvəlcə uşağınıza istədiyi yataq dəstlərini seçməsi üçün fürsət verin. Daha sonra uşağınızın yaşına və uşağınızın inkişafına uyğun bir uşaq yatağı və ya beşik seçə bilərsiniz. Ümumiyyətlə 3 yaş, uşağınızın yatağını ayırmaq üçün uyğun bir yaş dövrüdür. Yuxu zamanı gəldiyində uşağınız ilə normal hər gecə etdiklərinizi təkrarlayın, ancaq uşağınızı valideynin yatağına yatırmamağa diqqət göstərin. Uşağınızı öz yatağına yatırın. İstəsəniz ilk zamanlarda əvvəlcə uşağınızı valideyn otağındakı beşiyinə öyrədə bilər, daha sonra eyni yataq ilə otaq dəyişikliyi edə bilərsiniz.


  4. Uşağınızın yeni nizama uyğunlaşması çətin ola bilər və bu çox təbii bir prosesdir. Əvvəlcə otağında yatağına ən yaxın şəkildə bir kürsüdə oturun və uşağınız yatana qədər onunla fiziki təmasda olun. 3 gecədən bir fiziki təmasınızı azaldın və kürsünüzü bir az daha uzaqlaşdırın. Pilləli olaraq uzaqlaşmağınız uşağınızın daha asan alışmasına kömək edəcəkdir, amma uşağınız yatana qədər onunla eyni yatağı paylaşmamağa diqqət göstərin. Müəyyən zaman keçdikdən sonra isə yavaş-yavaş qısa bir kürək oxşaması və “gecən xeyirə öpüşünə” qədər fiziki təması azalda bilərsiniz.


  5. Uşağınızın uyğunlaşma bacarığının qüvvətli olduğunu xatırlayın. Bəzi uşaqlar üçün yataq/otaq ayırma prosesi daha çətin ola bilər. Uşağınızın yaşına bağlı olaraq bu dəyişikliyə məna verə bilməsi daha fərqli ola bilər. Unutmayın ki uşağınız ana-atasının rahat olduğu bir nizama çox rahat alışacaqdır. Bu müddətdə pilləli ayırmağı və səbirli olmağı unutmayın!