Uşaqlar üçün xeyriyyə aksiyası: «Bir təbəssüm bir ümid»

256
«Həyat qısadır. Daha çox insana kömək et» – demişdir Robin Sharma. Bu sitat sizin də həyat lozunqunuzdursa, məqalə həqiqi oxucusuna çatmışdır, çünki bu məqaləmiz Tahirə Novurzovanın  «Bir təbəssüm bir ümid» adlı layihəsinə həsr olunur.


«Bir təbəssüm bir ümid» uşaqlar üçün nəzərdə tutulmuş xeyriyyə aksiyasıdır. Aksiyanın keçirilməsində məqsəd, aztəminatlı ailələrin uşaqlarına maddi və mənəvi dəstək olaraq, onların təhsil almalarına az da olsa köməklik göstərməkdir. Xeyriyyə aksiyası daha əvvəl 4 dəfə Neftçala və Quba rayonlarında keçirilmiş, yüzlərlə məktəblinin ehtiyacları qarşılanmışdır.


Aksiyayada iştirak etmək üçün müxtəlif nağıl kitabları, dəftərlər, qələmlər, çantalar və s. kimi hər bir məktəblinin ehtiyac duyacağı ləvazimatlar və oyuncaqlar bağışlamağınız kifayətdir.

Bundan əlavə aksiyaya şirkətiniz, universitetiniz, təşkilatınız və ya məktəbiniz adınnan da qoşula bilərsiz.


Daha gözəli isə aksiya körpələrin də qatılmaq imkanının olmasıdır. Onlar oxumadıqları nağıl kitablarını, oynatmadıqları oyuncaqları və ya digər məktəbli ləvazimatlarını aksiyaya bağışlaya bilərlər.

Aksiyaya 1 sentyabr tarixinədək qatılmağı unutmayın! 🙂

Əlaqə:
Tel: 051 576 49 30