Uşağınızın və yaxud balaca dostunuzun kaprizli olmağından şikayətçisiz? Təəccüblənməyin, çünki burda sizin də rolunuz var. Uşaqların ürəyinə yol mehriban və nəzakətli və təbii ki, oyun tipli davranışdan keçir. Körpələr oyun oynamağı sevir və bundan istifadə etmək lazımdir. Məsələn adi vacib şeyləri uşaqlara bir oyun kimi yaxud əyləncəli təqdim etsəniz heç bir kaprizlə qarşılaşmayacaqsız.

    1.Uşaqları qıcıqlandıran “Tez ol! Səni nə qədər gözləmək olar!? “ ifadəsi əvəzinə “görək kim tez çatacaq ifadəsini”  seçin.

    2.Hədələyici səslənən “yeməyini ye, yoxsa desert verilməyəcək! “ əvəzinə “boşqabında qalan az yeməyi tez bitirsən, boşqabın şirniyyatlarla dolacaq” işlədin.

    3.Kobud olan “otağını yığışdır” deyə uşqlara hökm etməyin. O zaman onlar bunu bir cəza kimi qəbul edəcəklər. Ən yaxşısı “bir sehirli çubuğun olsaydı buraları tər-təmiz edərdin bir göz qırpımında” deyin. Balaca özünü sehirbaz rolunda tezliklə sınayaraq xahişinizi yerə salmayacaq.

    4.Hirsli “Mənə mane olma! “-nın yerinə “bir az təkbaşına oyna, mən işlərimi bitirib sənə qoşulacam “ deyə balacaya cavab verin.

    5.Uşaqlarınıza xoşlamadığı bir geyimə geyindirərkən paltarın ona necə gözəl yaraşdığını deyin. O sizə mütləq inanacaq.

    6. “yerinə get yat!”  əvəzinə “yuxuda sənin yanına gələcəm və biz oynayacağıq sehirli aləmdə” ifadəsini işlətsəniz körpə yuxu anlarını hər gün səbirsizlilə gözləyəcək.

    7.Qorxuducu  səslənən “əllərini yumusan?“ əvəzinə  “gəl mərcə gələk ki, əllərindən qara kir axacaq suyun altında”. Balaca dostunuz bu “ qara kiri “ görmək üçün əllərini gündə bir neçə dəfə yumağa başlayacaq .