İnsanların, xüsusilə də qadınların üz dərisinə necə həssas olduğunu bilirik. Baxımlı şəxslərin əksəriyyəti kosmetoloqlara müraciət edir. Ancaq, sizə evdə özünüzün də edə biləcəyiniz sadə üz masajı haqqında məlumat vermək istəyirik. Məhşur Şərq çimdik masajı üz dərisinin qan dövranını yaxşılaşdırır, dərini daha cavan və dartılmış edir, qırışları və iltihabları azaldır, rəngini yaxşılaşdırır.

Masaj çox vaxt, xüsusi şərait və heç bir xərc tələb etmir. Üzünüzü təmizləyin və masaja başlayın. Hər bir hərəkəti 3 dəfə təkrar edin. Şəkildə göstərilən xətlər üzrə dərini iki əlin barmaqlarının ucları ilə tez-tez yüngül çimdikləyin. Çimdiklər ağrılı olmamalıdır. Dərini çox dartmaq, sıxmaq olmaz.

Masajdan sonra dəri yüngül qızarmalıdır. Bu sadə proseduru hər gün 5 dəqiqə ərzində edin.