Əgər özünüzü sağlam və gümrah görmək istəyirsinizsə idmanla məşğul olun. Gimnastika və yungül atletika fənlərini, voleybol, basketbol və digər idman oyunlarını öyrənin və ona ciddi əməl edin. Əgər yaxınlıqda hovuz, çay, göl, yaxud dəniz varsa üzməyi öyrənin. Üzgüçülük vücudunuzun inkişaf etməsinə, bütün orqanlarınızın hərəkətə keçməsinə kömək edəcəkdir. Qədim Yunanıstnanda oxumağı və üzməyi bacarmayan adamları həyata ən az uyğunlaşmış şəxslər hesab etmişlər, ancaq buna baxmayaraq üzgüçülük uzun zaman idmanla bağlı olmamışdır. O, hətta qədim Olimpiya Oyunları proqramlarına da daxil olmamışdır. Yalnız on doqquzuncu əsrin ortalarında Qərbi Avropanın bir sıra ölkələrində üzgüçülük üzrə yarışlar keçirməyə başlamışlar. Birinci qış üzgüçülük hovuzu 1842-ci ildə Vyanada açılmışdır. Olimpiya oyunları dirçəliş tapdıqdan sonra onların proqramına üzgüçülük yarışları da daxil edilir. Yaxşı üzgüçü olmaq üçün ahəngdar fiziki inkişafa nail olmaq lazımdır. Bu inkişaf təkcə suda deyil, həm də quruda müntəzəm fıziki məşğələlər nəticəsində yaranır. Onlar arasında gündəlik səhər gimnastikası, avarçəkmə və idman oyunlarının xüsusi rolu vardır.


    İdman üzgüçülüyündə dörd əsas üsul var: krol, arxası üstə, brass və batterflay.

    Krol – ən sürətli üzgüçülük üsuludur. Krolçu növbəli şəkildə əlləri ilə suda üfüqi istiqamətdə avar çəkməklə və ayaqları ilə suya şaquli istiqamətdə elastik zərbələr vurmaqla irəliləyir. Başını yana çevirərkən ( sağa və ya sola) üzgüçü başını çevirdiyi tərəfdəki əli ilə avarçəkməni bitirdiyi anda dərindən nəfəs alır, sonra üzünü suya salıb nəfəsi buraxır. 

    Arxası üstə üzərkən sürət nisbətən az olur, əllərin və ayaqların hərəkət sxemi isə krolda olduğu kimidir.

    Üzgüçülüyün sürətcə ikinci yerdə olan üsulu batterflay, daha doğrusu onun delfın növüdür. Kroldan fərqli olaraq delfın üsulunda hər iki əllə eyni vaxtda avar çəkilir və bu zaman ayaq iki dəfə dalğavari hərəkət etdirilir.

    Üzmək üçün və suda boğulanları xilas etmək üçün ən rahat üsul brassdır. Bu üsulun hərəkətləri qurbağanın suda üzərkən itdiyi hərəkətlərə çox bənzəyir. Əgər uşaq 7-8 yaşına qədər özünü suyun üzərində saxlamağı artıq bacarırsa, bu yaşda üzgüçülüyün bütün üsullarının texnikasını öyrənmək daha asandır. 9-10 yaşlarında isə bu növlərdən hər hansı birində daha yaxşı bacarıq özünü göstərir. 

 

    Ciddi məşqlərə və yarışlarda iştirak etməyə 11- 12 yaşlarından başlamaq daha yaxşıdır. İdman nailiyyətləri də bu yaşdan etibarən daha sürətlə artır. 14 yaşında üzgüçülük üzrə idman ustası olanlar da var. İdman üzgüçülüyü ilə məşğul olanlar arasında hər il maraqlı yarışlar keçirilir. Gənc üzgüçülər ayda bir dəfə öz uşaq idman məktəblərinds starta çıxırlar. Yaxşı olar ki, uşaqlar üzməyi təcrübəli məşqçilərin, təlimatçılann və ya idmançıların rəhbərliyi altında öyrənsinlər. Üzməyi yeni öyrənənlər üçün qış və yay hovuzlarında kiçik hovuzcuqlar, çimərliklərdə isə təmiz sulu, hamar, qumlu dibi olan, küləyin və axınır mane olmadığı sahələr ayrılır. Qadınlar üzərkən daha gözəl vücuda sahib olurlar. Üzmək estetik baxımından, xüsusilə qadınları sinə və bədənin yaxşılaşmasına gətirib çıxardır. Qolları, çiyinləri üzərkən yuxarı qaldırmaq sinə nahiyyəsini inkişaf etdirir. Üzməzdən əvvəl və sonra bütün orqanizminiz əzələləriniz üzməyə hazır vəziyyətə gətirilməlidir. Bunun üçün isə üzməkdən öncə və sonra müxtəlif idman hərəkətləri etməyiniz vacibdir.  

*Bütün hərəkətləri asandan çətinə doğru edin, çünki əzələlərinizin gərilə bilməsi üçün bu çox vacibdir.
*Yeməkdən iki-üç saat sonra hərəkətlər edin. Yeməkdən dərhal sonra idmana başlamayın.
*Hovuz kənarında etdiyiniz bütün hərəkətlər estetik olmalı, üzməni xatırlatmalıdır.
*İdman edəcəyiniz yerin, otağın havasına fıkir verin.

    Çalışn çox isti yerdə hərəkətlər etməyin. İdeal temperatur 18-25*C olmalıdır. Hərəkətləriniz rahat, yumşaq və kontrollu olmalıdır. Vücudunuzu heç vaxt qısmayın, yoxsa gözəl vücuda sahib ola bilməzsiniz.  Üzgüçülük idmanı bədəninizdəki yağ, piy qatlarının azalmasına və gözəl bir bədənə sahib olmanıza kömək edəcəkdir.  Su və maye qəbul etməyi unutmayın. Hər idman fəaliyətindən sonra bir stəkan su içməniz məsləhətdir. Üzərkən enerji sərf edirsiniz.

    Belə deyirlər ki, 10 dəqiqəlik bir üzmə vaxtı fılan qədər enerji sərf olunur. Bu haqda çox yazılıb, çox deyilib, ancaq əslində belə deyil, çünki 50 kq çəkidə olan bir üzgüçü xanımla, 90 kq-lıq çəkili başqa bir xanım eyni templə üzsələr də sərf etdikləri enerji heç vaxt eyni ola bilməz. Yenə, üzmə vaxtı bir üzgüçünün tənəffüsü, nəfəs alıb-verməsı nizamlı, o birininki isə normal deyilsə, yəni üz zamanı tənəffüsü çətindirsə, hətta arada bir su da udursa onların sərf etdikləri enerji necə eyni ola bilər. Beləliklə onlardan biri bədənindəki yağları enerji sərf edərək yandırırsa, biri bitkin bir şəkidə süst düşəcəkdir. Bəzən idmandan sonra problemlərlə qarşılaşa bilərsiniz; spazmalar, tutulmalar özünü büruzə verə bilər. Buna görə üzdükdən sonra saçlarınızı yaxşıca qurudun, bədəninizi soyuqdan, istidən qoruyun, küləkdə əsla qalmayın. Dincələrkən belə vücudunuzun simmetrik, estetik və düzgün duruşuna fikir verin, çünki vücudunuz soyuyarkən də formalaşır

   Əziz qadınlarlar, yaxşı formaya , ecazkar gözəlliyə sahib olmaq istəyirsinizsə idman edin, üzgüçülüklə məşğul olun və ən əsası isə həm ruhən, həm də mənən estetik olduğunuzu düşünün, hiss edin.