Qarabağ müharibəsi başlayanda ilk yaradılan batalyonlardan birinə, “Vətən oğulları” batalyonuna rəhbərlik etmiş, Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırov. Xocalı soyqırımı zamanı öz şəxsi nüfuzu hesabına 1003 nəfəri əsirlikdən azad etmişdir. O, həmçinin, Qarabağ futbol komandasının əsas heyətində oynayırdı.