İnternet detoksu nədir? Virtual aləmdən uzaqlaşmaq üçün tətbiq edilən fəaliyyətdir. İnternet detoksuna kimlərin ehtiyacı var? Bunun üçün aşağıdakı sualları cavablayın:

1. İnternet sayəsində hobbilərinizdən uzaqlaşmısınız?

2. Oyandığınız zaman ilk işiniz telefonu yoxlamaq olur?

3. İnternet və telefon yuxunuza təsir edirmi? Gec saatlara qədər telefonla məşğul olursunuz?

4. Dostlarınızla az-az görüşürsünüz?

5. Telefon və ya planşetinizin batareyası azalanda stress keçirirsiniz?

6. İnternet hesablarınızı tez-tez kontrol edirsiniz?

7. İnternetə girmədiyiniz zaman bir şeylərdən xəbərdar olmadığınızı düşünürsünüz?

8. Özünüzü asosial hiss etməyə başlamısınız?

9. İnternetdə vaxt itirdiyiniz üçün məsuliyyətsizliklər edirsiniz?

Əgər yuxarıdakı sualların bir çoxuna “hə” cavabı verdinizsə, sizin də internet detoksuna ehtiyacınız var.

İnternet detoksu üçün aşağıdakıları tətbiq edə bilərsiniz:

1. Sosial şəbəkələrinizdən çıxın, gün ərzində sadəcə bir dəfə kontrol edin.

2. Telefonunuzdakı sosial şəbəkələri silin, təkcə kompüterlə girməyə çalışın. Bu şəkildə daha az istifadə edəcəksiniz.

3. Silə bilmədiyiniz programların bildirişlərini səssizə alın. Ehtiyacınız olmadıqca istifadə etməyin.

4. Yemək yeyərkən, çay içərkən və s. internetə girməyin.

5. Vacib olmayan əlaqələri internet üzərindən aparmayın.

6. Ailə üzvləriniz və dostlarınızla daha çox vaxt keçirib, söhbət edin.

7. Yatarkən telefonunuzu söndürün.

8. Uzaqda olan insanlarla əlaqə saxlamaq üçün mesaj yazmaq əvəzinə, zəng edin.

9. İdman edin. Əgər bunu sevmirsinizsə, sadəcə yeriyin.

10. Şəxsi təhlükəsizliyinizə və gizliliyinizə daha çox önəm verin.

11. Hər hansısa bir şey paylaşmazdan əvvəl daha yaxşı düşünün.

12. Daha az məlumat paylaşın, həyatınızı sosial şəbəkələrdə əks etdirməyin.

13. Paylaşacağınız şeyin sizə və ya ətrafınızdakılara nə qədər faydalı olduğunu sorğulayın.

14. Görmək istədiyiniz yerlərin siyahısını çıxardın və gedə bildiklərinizə gedin.

15. Əlavə məşğuliyyətlər tapın və onlara vaxt ayırın.

16. Mümkün olduğu qədər tək qalmayın.

17. Eyni məkanda olduğunuz insanlarla göz təması qurmaqdan çəkinməyin.

Əgər bunları tətbiq etməyi bacarsanız, həyatınızın necə pozitiv yöndə dəyişdiyini görəcəksiniz. Sizi həqiqətən xoşbəxt edəcək şeylərə çox vaxt ayırmaq imanınız olacaq. Uğurlar!

Mənbə: Bustle