Qəribədir ki, küçədə bacada kimsə bizi izləsə dərhal narahatçılıq keçirərik, lakin Twitter, Facebook, Instagram və s. virtual dünyada bu düyməni açıq qoyuruq və çalışırıq ki, bu say artsın. Bizim hər bir addımımızı daha çox insan görsün. Hətta kimisə daha çox insan izləyirsə, həmin şəxs özünü daha çox xoşbəxt hiss edir. Say artıqca sevinir ki, onun hər bir addımları güdənlər çoxalır. Bəzən də bu saylara görə özlərini model, ulduz və s. kimi hiss edənlər də tapılır. Bir də görürsən küçədə, avtobusda, mağazada özünü dünya ulduzu kimi aparır, amma başa düşmür ki, bu məşhurluq demək deyil. Təzə başlayan müğənnilərdə “ulduz xəstəliyi” deyilən məfhum olur. İnternetdə izlənmə isə məşhurluq deyil, daha çox bədbəxtlikdir. Qızların bu məsələdə aktivliyi isə xüsusilə fərqinə hələ vara bilmədiyimiz bədbəxtlikdir. Çox zaman özlərinə hörmət etməyənlərin belələrinə su saldığını da görürük. Bir özünü buraxmış şəkil yerləşdirən kimi 100-lərlə oğlan bəyənir və ya şərhlər yazırlar. Yaxşı kimi belə halın normal olmadığını dərk etmək qabiliyyətimiz var yoxsa bizdə bunların içində itib batardıq,boğulardıq. Qısa olaraq belə bir münasibət bildirmək istərdim 

Sad surəsi (82) – (İblis) dedi: “Sənin qüdrətinə and olsun ki, onların hamısını yoldan çıxaracağam;
Sad surəsi (83) – Təkcə Sənin seçilmiş (ixlaslı) qullarından başqa!” 

P:S: Allah axırımızı xeyir etsin !