Yanlış: Qulağı yumaq düzgün deyil, daha sonra öyrəncəli olur
Doğru: Qulaq kiri eşitmə zəyifliyinə səbəb ola bilər, onun üçün də qulaq yolunun təmizlənməsi mütləqdir və bu heç bir alışqanlığa səbəb olmaz…

Yanlış : Qulaq pambıqlı qulaq çöpü ilə təmizlənməlidir
Doğru : Qulağı pambıqlı qulaq çöpü ilə təmizləmək yanlışdır. Qulağımızda sintez olunan cerumenqulağa su və mikrob keçməsinin qarşısını alır. Biz qulaq çöpləri ilə o qulaq kirini təmizlərkən, həm müdafiyə funksyasını pozmuş oluruq, həm də qulaq kirini çöplə içəriyə doğru itələyib, qulaq kiri tıxacının əmələ gəlməsinə şərait yaradırıq.

Yanlış: Damaq badamcıqları orqanizimin müdafiyəsində vacibdir, kəsilməsi düzgün deyil
Doğru: Sağlam boğaz əti üçün bu deyim düzgündür. Amma ildə ən azı 3-4 dəfə iltihab keçirən, xroniki iltihab əlamətləri olan, ağız iyinə səbəb olan xəstə badamcıqları orqanizmə xeyri yox, əksinə zərəri vardır. Mütləq götürülməlidir.

Yanlış : Uşaqlarda qulaq ağrıları zamanı qulağa süd, yağ və s. damızdırmaq faydalıdır
Doğru : Bu qulaq iltihabına,qulaq burun arasındakı yevstax borusuna ciddi zərər yetirə bilər və bu damızdırılan maddələr mikrobların inkişafı üçün şərait yaradır.

Yanlış : Eşitmə cihazı istifadəsini mümkün qədər gecikdirmək lazımdır
Doğru : Belə deyil. Cihazdan vaxtında istifadə etmədikdə, eşitmə zəyifliyi olan insanlarda istifadə olunmayan iç qulaq və beyin əlaqəsi təmbəlləşir. Daha sonra geri dönüşümü olmayan eşitmə itkilərinə yol açar. Onun üçün də eşitmə cihazından zamanında istifadə etmək lazımdır.

Yanlış: Burun açıcı damcılardan burun hər tutulduğunda istifadə etmək olar
Doğru : Burun damcıları 3-5 gündən çox olmamaqla, həkim təyinatı ilə istifadə edilməlidir. Əks təqdirdə burunda ciddi fəsadlar törədə bilər.

Yanlış: Badamcıq əməliyyatından sonra faringit olur.
Doğru: Bunun heç bir elmi əsadı yoxdur.Ancaq əməliyyat sonrası badamcıq xəstələrində yuxarı tənəffüs yollarının infeksiyaları davam edə bilər. Amma badamcıq alındıqdan sonra faringit olma düşüncəsi yanlışdır.

Yanlış : Badamcıqların erkəyi dişisi olur
Doğru : Buna yalnız gülərəm…