10 fevral 2020-ci il tarixində avtomobil qəzası baş verdi. Mənim icbari sığortam “Xalq”, qarşı tərəfin icbari sığortası da “Xalq” Sığortadır. Əməkdaşlar hadisə yerinə baxış keçirərkən eyni sığorta şirkəti olmasının məsələlərin sürətlə yoluna qoyulması anlamına gəldiyini deyərək muştuluq kimi qeyd etdilər. Həm sığorta, həm də Dövlət Yol Polisi məsələyə obyektiv yanaşaraq zərərçəkmiş şəxs kimi məni elan etdi. Sevindim ki, boşuna vaxt itkisi yaşamayacam və məsələ operativ həll olacaq.

Nəticədə nə baş verdi?

Avtomobili rəsmi servisə apardım 5000 AZN’dən çox xərcin olduğu barədə qiymət çıxardılar. Eyni zamanda qeyd etdilər ki, detallar 2 ay sonra gələcək. Yəni, mən sığortam ilə məsələni tez həll etsəm belə aylarla gözləməli olacam.

Xalq Sığorta avtomobilim ilə bağlılığı olmayan aidiyyatsız bir servisə məni göndərdi. Orada qiymət barədə maraqlandıqda isə sizə 1 həftə sonra “sığorta özü qiymət deyəcək” dedilər. 10 gün sonra zəng etdim ki, bəs niyə xəbər vermirsiniz, dedilər qiymət çıxara bilmirik gözlə.

Qanunvericilik çərçivəsində mənə düşən 5000 AZN məbləği vermirlər ki, üstünə də pul əlavə edib sifarişlərimi edim və avtomobilim aylar sonra təmir olunsun. Bu gedişlə “bu gün, sabah edib” aylarla uzadacaqlar. Görün odur icbari sığorta sistemi doğru-düzgün işləmir və ya nəzarət mexanizmi zəifdir.

Öz saytlarında olan qeyd belədir, Reallıq isə başqa…

Xalq Sığorta aşağıdakılara zəmanət verir:

  • müştəri tələbatlarının təmin edilməsi üçün keyfiyyətli xidmət

Yenilənmə:
Tblisi prospektində olan filial məni qəbul etdi. Qışqır bağır salaraq qeyri-peşəkar davranış sərgilədilər və qışqıraraq bildirdilər ki, ancaq rəsmi olmayan servisdə təmir olunacaq. Çıx get gözlə.

Müəyyən müddət keçdikdən sonra zəng etdilər dedilər 1500 manat verə bilərik, istəyirsən gəl götür, istəmirsən 2 ay gözlə detallar gəlsin. Əli üzülmüş şəxs kimi dedim 2 ay gözləmişəm 2 ay da artıq gözləyərəm…