Xarici dil öyrənərkən nələrə fikir verməliyik ?

153

Xarici dil öyrənmək bir çoxumuzun istəyidir. Ətrafımızdakı insandan soruşsaq ki, ikinci və ya üçüncü dili bilmək istəyərsənmi? cavabı mənə görə bəli olacaq, amma nə qədər insan bunda uğurlu olub hər hansı bir dili öyrənə bilib sualının cavabını tam olaraq verə bilməsək də, uğursuzluğa düçar olanların sayı olduq çoxdur deyə bilərik.

Əvvəla hər hansı bir dil üzrə mənimsəmə 4 bacarığın olması ilə ölçülür: oxuma bacarıqları, yazma bacarıqları, dinləmə bacarıqları və ən əsası danışma bacarıqları. Sonuncu ən vaciblərdən sayılır ki dili öyrənmənin nəticəsi kimi görünə bilər. İnternetdə araşdırsaq onlarla dil öyrənmə texnikalarına rast gələ bilərik. Bunların hərəsinin öz üstün və zəif cəhətləri vardır, lakin bütün mütəxəssisəlrin gəldikləri fikir budur ki, dil öyrənmək üçün tam dəqiq bir metod yoxdur.

Şəxsin bilik və bacarıqlarına, xarakterinə və maraqlarına görə də bu texnikaların effektivliyi fərqlənir. 14 dil bilən Richard Simcott hansı texnikanı istifadə edirsinizə edin davamiyyətli olun deyir. Yəni öyrənmə zəncirini qırmayın və hansı cür oxumaq sizə rahat və bezdirici deyilsə o metoddan istifadə edin. Dinləyərək öyrənərkən sizə maraqlı gəlirsə və effektivdirsə dinləyərək, oxuyaraq effektivdirsə və sizi bezdirmirsə oxuyaraq öyrənin, çünki insan yaddaşı bəzən gördüklərini, bəzən eşitdiklərini daha yaxşı yadda saxlayır ki, bu da insandan insana dəyişə bilir. İndi isə 2 insan qrupuna baxaq ki, bunlar xarici dili daha sürətli öyrənə bilir.

  1. Turistlərin çox olduğu bir yerdə və ya xarici ölkədə alver edən insanlar



  2. Uşaqlar

Fikir vermisinizsə bu insanlar adətən heç bir kursa getmədən, heç bir qrammatik kitab oxumadan xarici dili öyrənirlər.

Yaxşı, indi keçək əsas məsələyə: bu necə baş verir və bu qrup insanların əsas xüsusiyyətləri nələrdir?

1-ci səbəb budur ki, bu insan qrupları danışarkən utanmır və sıxılmırlar.

Səhv etməkdən qorxmurlar. Yəqin ki, nə vaxtsa dil öyrənərkən danışıq klublarında olmusunuz. Orda özünüz və ya başqa insanların danışmağa tərəddüd etdiklərini, sanki birilərinin onlara güləcəklərini zənn edir və danışmazlar. Bu isə son nəticədə onların dil öyrənməkdə uğursuzluğuna gətirib çıxarır, çünki danışmasan səhvini bilməzsən, sözləri necə işlətmək lazım olduğunu məşq eliyə bilməzsən və ən nəhayət öyrənə bilməzsən. Danışmaq lazımdır, danışmağa heç kim olmazsa belə özünüzlə danışın. Öz-özünüzə bir mövzu tapın və fikirlərinizi öyrənmək istədiyiniz dildə səsləndirməyə çalışın. Özü də mümkün qədər səsli. Olmazsa ürəyinizdə.

İkinci səbəb isə bu insanların ünsiyyəti xarici dilli insanlarla danışaraq öyrənməsidir. Yəni daha tez öyrənmək istəyirsinizsə o zaman dili ana dili öyrənmək istədiyiniz dil olan bir insan tapın və onunla ünsiyyət qurun.

Bəlkə də 15-20 il əvvəl bu bir az çətin olardı, lakin günümüzdə bu məsələ artıq problem deyil. İnternet vasitəsilə özünüzə xarici ölkələrdən yüzlərlə tərəfdaş tapa bilə və danışa bilərsiniz.

Sonda isə sizə bir neçə internet səhifəsi verirəm ki, bunlar ingilis dili öyrənməyinizə kömək edəcək (özüm bu dili öyrənmişəm deyə istifadə etdiklərimi deyirəm)

www.engvid.com   www.englishpage.com  www.learnenglish.britishcouncil.org/en

Həmçinin Youtube.com video portalında bir çox xarici dil öyrədən kanal tapa bilərsiniz.

Uğurlar 🙂

Thanks for rating this! Now tell the world how you feel through social media. .
Məlumat sizə necə təsir bağışladı? (Qeyd: hissiyatınız bizim üçün önəmli və əhəmiyyətlidir)
  • Normal və ya Razı 😉
  • Həyacanverici
  • Qəmgin 🙁
  • Hirsli :@
  • Utancverici
  • Sevindirici 🙂

Şərh bölməsi: