Xoşbəxtlik nisbi anlayış olsa da çox insanın xoşbəxtliyinin səbəbi ortaqdır. Sizə daha xoşbəxt olmağınız üçün bəzi tövsiyələrimiz var. 🙂


  1. Dostlarınızın yanında özünüzə hörməti artırın. Bunu şəxsi keyfiyyətlərinizlə, xarakterinizlə edin.

  2. Problemlərinizi düşündüyünüz zaman onları təkcə sizin yaşadığınızı düşünməyin. Hətta sizdən daha acınacaqlı vəziyyətdə olanları düşünün.

  3. Problem yarandığı zaman ona kədərlənmək yerinə, düşünüb həlli yollarını axtarın.

  4. Yuxunuza diqqət edin, normal yuxu saatlarında yatın. Bu sizin psixoloji, fiziki vəziyyətinizi yaxşılaşdıracaq. Həmçinin vaxtı vaxtında yatmaq gözəlliyinizi (yaraşığınızı) də qorumağınıza kömək edəcək.

  5. Hansısa işdə uğur qazandığınız zaman öz özünüzü mükafatlandırın.

  6. Tez-tez vanna qəbul edin. Bununla yanaşı gigiyenanıza xüsusi diqqət önəmlidir. Su əsl stress çıxarıcıdır.

  7. Bəlkə də “nə əlaqəsi var?” deyəcəksiniz, amma geyimin insan əhval-ruhiyyəsinə təsiri böyükdür. Odur ki, geyiminizdə açıq rənglərdən istifadə edin.

  8. Saytımızda müxtəlif heyvanların insanlara göstərdiyi müsbət təsirdən yazmışıq. Əgər oxumamısınızsa bir daha xatırladaq ki, evdə heyvanın olması sizə əlavə pozitivlik gətirəcək. Bu heyvanlar sırasında it, pişik, balıq və s. ola bilər.

  9. Yaşadığınız, işlədiyiniz məkanın dekorasiyası xoş olduğu zaman siz orada rahatlıq və xoşbəxtlik tapacaqsınız. Burada da açıq rənglərdən istifadə edin. Müxtəlif rəngli şəkillər və əşyalarla bəzəyin.

  10. “Musiqi ruhun qidasıdır” sözü boşuna deyilməmişdir, yaxşı musiqi ruhunuza təsir edib sizi xoşbəxt edəcək. 🙂  Hər gün musiqi dinləyin.

  11. Həyatınızda istirahətə yer ayırın. Bu mütləqdir. Boş vaxtlarınızda sizə əyləncəli gələ biləcək şeyləri edin. Xüsusi tövsiyəm, təbiətdə çox olun. 🙂

  12. Ağlamaq yaxşı bir şey deyil, heç ağlamamaq daha pisdir. Ağlamaq istədiyiniz zaman ağlayın, bu içinizdəki gərginliyi aradan qaldıracaq. Yenə də sizə ağlamağa səbəb tapmamağı arzulayırıq.

  13. Makiyajsız özünüzü xoş hiss etmirsinizsə, hər gün biraz makiyaj edin. İnsanın özünü gözəl görməsi xoşbəxt edir təbii ki. Amma makiyajı çox vurmağı sınamayın, əksinə ağırlıq və naraharlıq gətirə bilər.

  14. İdmana vaxt ayırın. Gərgin iş rejiminiz varsa, zamanınız heç yoxdursa hər gün bir qədər yolu piyada gedə bilərsiniz.

  15. Psixologiyada bir məsələ var ki, nəyi çox desəniz, düşüncənizi ona inandırsanız reallaşacaqdır. Belə ki, hər gün özünüzə “xoşbəxtəm” sözünü dəfələrlə deyin. 🙂

Özünüzü əsla bədbəxt saymayın. Yaşadığımız dünyada hər kəsin xoşbəxt olma şansı var və bu özümüzdən asılıdır.

P.S Siz Bildiklərinizi bizimlə bölüşün. 🙂

Nə düşündünüz?
Like
Love
Haha
Wow
Sad
Angry