Yəhudi soyqırımı ilə bağlı çəkilmiş ən yaxşı 10 film.

5497

2-ci Dünya Müharibəsi insanlıq tarixinin ən qanlı dövrünə səhnə olmuşdur və bu dövrdə ən çox itkin verənlər Yəhudilər olmuşdur. Bu qanlı müharibənin ardından Yəhudi soyqırımı ilə bağlı bir çox bədii və sənədli film çəkilmişdir. Biz sizlər üçün çəkilmiş ən yaxşı 10 filmi sıraladıq.


10. Avropa Avropa (Europa Europa):

Europa Europa filmində Solomon Perel, İkinci Dünya Müharibəsinin qanlı atmosferində, həyatda qala bilmək uğruna gerçək şəxsiyyətini gizləyərək Hitler gəncliyinin arasına qarışır. Yəhudi olduğunu gizləməsi və ümid edilmədik bir şəkildə orduda göstərdiyi müvəffəqiyyət, birdən birə döyüş qəhrəmanı olaraq görülməsinə səbəb olsa da, içində yaşadığı faciə, bütün həyatını dəyişəcəkdir.Ssenarisi gerçək bir həyat hekayəsindən götürülən film, parçalanan həyatlar və döyüşün böldüyü ailələr hazqqında çəkilmiş təsirli filmlərdən biridir.


9. Qaranlıqda Qalanlar (In Darkness)

Film, kimsənin kimsəyə güvənə bilmədiyi, kasıbların həyatda qalmaq üçün mübarizə apardığı Alman işğalı altındakı Polşa şəhəri Lvov’da, fəhləlik və kiçik oğurluqlar ilə ailəsinə baxmağa çalışan Leopold Socha’nın hekayəsindən bəhs edir.


8. Әlvida Uşaqlar (Au Revoir Les Enfants)

2-ci Dünya Müharibəsi zamanlarında Fransada şəhərdən kənarda rahiblər tərəfindən yaradılan bir internat məktəbində iki uşaq dost olurlar. Bu iki uşaqdan biri Fransız Julien digəri isə Almanlardan məktəb işçiləri tərəfindən saxlanan yəhudi Jean’dir. İlk zamanlarda aralarında bir düşmənçilik olsada bir müddət sonra romantik bir bağ ilə bir sirri paylaşırlar.


7. Nuremberg İclası (Judgment At Nuremberg)

Stanley Kramerin rejisorluğunu etdiyi 1961 ABŞ istehsalı film, gerçək hadisələrə əsaslanır. Film sonrakı illərdə bəzi xüsusi televiziya kanallarında Nuremberg Məhkəməsi adıyla da yayıma verilmişdir.


6. Həyat Gözəldir (Life Is Beautiful)

Film, 2-ci Dünya müharibəsi illərində arvadı və oğlu ilə birlikdə Yəhudi düşərgələrinə aparılan Yəhudi bir atanın və arxasından gedən İtalyan bir ananın, uşağını qorumaq üçün etdiyi saysız fədakarlıqdan bəhs edir. Film 1998 Cannes Film Festivalında Böyük Mükafatı qazanmışdır. 1999-cu ildə isə 7 budaqda Oscara namizəd olan film, ən yaxşı xarici film, ən yaxşı kişi aktyor və ən yaxşı musiqi mövzusunda bu mükafatı qazandı.


5. Shoah

Shoah filmi, Yahudi soyqırımıyla bağlı reportajlardan və Polşada fəlakətdən xilas olan, fəlakətə məruz qalan şahidlərin müsahibələrindən ibarətdir. sorğulayaraq. Bu doqquz saatlıq film, 1974-1981-ci illərdə çəkilmiş 350 saatlıq video görüntülərdən hazırlanmışdır.


4. Boz Region (The Grey Zone)

Bu filmdə bəhs olunanlar İkinci Dünya Müharibəsi illərində yaşanan insanlıqdan kənar hekayələrindən sadəcə bir parçadır… Filmdə Auschwitz düşərgəsində yaradılan qaz otaqlarında ölümə göndərilən Yəhudilərin yaşadığı qorxunc faciəyə əlavə olaraq birdə, onları ölümə göndərmələri üçün seçilən bir qrup Yəhudinin faciəsi də yaşanmaqdadır.


3. Sis və Gecə (Night And Fog)

Məşhur Fransız rejissor Alain Resnais’in idarə etdiyi, 2-ci Dünya Müharibəsində Almanların öldürülmələri üçün insanları yığdığı düşərgələrdən bəhs edən qısa metrajlı sənədli filmdir. Filmdə gerçək görüntülər istifadə olunmuşdur. Müddəti 30 dəqiqədir.


2. Piyanist

Szpilman, döyüş baş verdiyi illərdə 27 yaşlı Polşanın gələcəyi ən parlaq piyanistlərindən biri idi. Luftwaffe’də radio stansiyası bombalandığı zaman Chopin C minor Nocturne’nü çalırdı. Bütün Yəhudilər kimi o və ailəsi də evlərindən çıxardılaraq Varşava gettolarına sürgün edilmişdi. Bu çox istedadlı gənc adam yeni həyatında barlarda çalmağa başlamışdır. Məhz burda tanıdığı biri onu və ailəsini ölümə aparan əsir düşərgəsi qatarlarından birindən xilas etmişdir.


1. Schindlerin siyahısı (Schindler s List)

Film, Schindler adlı bir Alman iş adamının 2-ci Dünya Müharibəsi illərində Polşada qurduğu fabrikdə Yəhudi işçiləri işlətməsi və bu sayədə 1100 Yəhudinin həyatını xilas etməsindən bəhs edir. Gerçək bir həyat hekayəsindən götülən film, məşhur rejissor Steven Spielbergin ən əhəmiyyətli əsərləri arasında sayılan və ona Oscar qazandıran bir filmdir. Film, 1994-ci ildə 12 budaqda Oscara namizəd olmuş və 7 budaqda mükafat qazanmışdı.

Thanks for rating this! Now tell the world how you feel through social media. .
Məlumat sizə necə təsir bağışladı? (Qeyd: hissiyatınız bizim üçün önəmli və əhəmiyyətlidir)
  • Normal və ya Razı 😉
  • Həyacanverici
  • Qəmgin 🙁
  • Hirsli :@
  • Utancverici
  • Sevindirici 🙂

Şərh bölməsi: