Müasir dövrün ən böyük problemindən biri də yaddaşsızlıqdır. Yaddaşı gücləndirmək və beynin fəaliyyətini yaxşılaşdırmaq üçün düzgün qidalanma şərtdir.

Sizə beyin üçün ən faydalı 5 qidanı təqdim edirik:

Taxıllar
Beyin karbohidratı çox sevər. Beyin qida ilə qəbul edilən enerjinin 20 faizini xərclədiyini də düşünsək yediyimiz yeməklərin əhəmiyyəti bir xeyli artır. Tam taxıllı çörək və yulaf əzməsi ilə günə başlamaq gün boyunca beyinin çox yaxşı işini və özünüzü yaxşı hiss etmənizi təmin edəcək.

Somon balığı
Omeqa 3 mənbəyi olan somon kimi soyuq dənizlərdə yaşayan yağlı balıqlar beyni həm qoruyur, həm də bəsləyir.
Omeqa 3, beyin hüceyrələrinin inkişafını da təmin edir. Odur ki, uşaqların rasionunda yer alması yaxşı olardı. Həftədə ən az 2 dəfə somon yemək beyin üçün çox faydalı olacaq. Çünki tərkibində olan faydalı yağ beyinin təməl tərkibinə təsir edir və inkişafını təmin edir.

Qoz 
Beyni qidalandıran ən təsirli ləpəlidir. Quru qoz həm omeqa-3, həm də sinklə zəngindir. Bu xüsusiyyətləri özündə cəmləşdirdiyi üçün güclü yaddaş qoruyucusu hesab olunur. Qoz yağı əsəb sinirlərini sakitləşdirir, tük tökülməsinin qarşısını alır. Yaşıl yetişməmiş qozun suyunu bal və üzüm sirkəsi ilə qarışdırıb qarqara etmək ağızdakı yaraları, damaq və diş qanamasını müalicə edir.

Yumurta 
Yumurta lesitin və B vitaminləri olduqca zəngin olduğuna görə beyni qidalandırır və yaddaşı gücləndirir. Yumurta qida rasionunda nizamlı olaraq qəbul edildikdə onun orqanizmə verəcəyi təsir də yüksəlir. Yumurtanın sarısında ümumiyyətlə, vitamin daha çoxdur, yəni A, B1, B2, D, E, PP və eyni zamanda, ferment, doymamış yağlar var. Yumurtanın məhz sarısında karotin (yerkökünün, yumurta sarısının, südün və s-nin tərkibində olan narıncı-sarı piqment) hissəciyi vardır ki, bu da insan orqanizminə yalnız qida vasitəsilə daxil ola bilər.

Şokolad
Tərkibində kakao olduğuna görə beyində olan qan axışını sürətləndirir. Şokoladın tərkibində olan kakaonun 50 faizdən çoxu beyinə müsbət təsir göstərir