Ölkəmizdə insanların Coronavirusun nəfəsini üzündə hiss etdiyi bugünlərdə, insani böhranın zərərlərinin hər kəsə toxunacağını göz önündə tutaraq, bir nümunə, bir xatırlatma etmək istəyirəm. Düzdür formaca fərqli olsa da, kimlərsə bunu sağlam müqayisə olaraq görməsə belə, məncə 2011-ci ildə Yaponiyada baş vermiş real zəlzələ zamanı yaponların necə davrandığına diqqət etmək hər birimiz üçün və ictimai cəhətdən faydalı olar.

Yaponların bu zəlzələ sonrası sonrası ən çox diqqəti çəkən ictimai davranışları və məqamlar bunlar olmuşdur.

  1. Sükunət: Tək bir lovğalıq və ya həddindən artıq kədər görülmədi.

  2. Şərəf və şəxsiyyət: Su və ərzaq üçün düzənli sıraya keçdilər. Heç kim heç kimin sırasını pozmadı, tək bir tərs söz və ya çiy hərəkət görülmədi.

  3. Gözütoxluq: Mövcud hərkəsə çata bilsin deyə, insanlar sadəcə o anki ehtiyaclarını qarşılayacaq qədər mal satın aldılar.

  4. Nizam-intizam: Tək bir oğurluq hadisəsinə rast gəlinmədi.Sadəcə anlayış var idi.

  5. Fədakarlıq: 50 işçi nüvə reaktoruna su nasoslamaq üçün orda qaldı. Onların haqqı necə ödənə bilər ki?

  6. Şəfqət: Restoranlar – kafelər qiymətləri aşağı saldı. Başıboş bir bankamata heç kim toxunmadı. Güclülər zəiflərin qayğısına qaldı.

  7. Təlim-Təhsil: Yaşlı və ya uşaq, hərkəs tam olaraq nə etməsi lazım olduğunu bilirdi.Və eynən də elə etdilər.

  8. Mediya: Xəbər verərkən yüksək dərəcədə diqqət və həssaslıq göstərdilər. Gerizəkalı, reytinq düşkünü jurnalistlər yox idi. Yalnızca soyuqqanlı xəbərləşmə var idi.

  9. Vicdan: Mağazanın birində elektriklər kəsiləndə, insanlar əllərindəkini rəflərə geri qoyub, səssizcə mağazadan çıxdılar.
Son olaraq unutmayın böhrandan minimum zərərlə çıxmaq üçün nə qədər yük və məsuliyyətin böyük hissəsi dövlətin üstünə düşürsə belə, bir o qədər bizim üstümüzə düşür, hər kəs bu müddət ərzində və gələcəkdə öz işini sağlam, peşəkar, vicdanlı və məsuliyyətlə görsə,hərkəs nöqsanı başqasının üstünə atmaq əvəzinə özünü daha çox yetişdirməyə enerji sərf etsə, ölkənin və insanların gələcəyi üçün daha faydalı olar.

müəllif l Aslan Hasanli