Sağlamlığımız naminə əməl etmək lazımdır. Bəzən yeməkdən sonra adət etdiyimiz vərdişlərimiz sağlamlığımızda ciddi fəsadlara yol aça bilər. 

Yeməkdən dərhal sonra meyvə yemək mədənin hava ilə dolmasına səbəb ola bilər. Daha yaxşı olar ki, meyvəni yeməkdən 1 saat sonra yeyin. Bu, həzm üçün daha faydalı olacaq.

Yeməkdən dərhal sonra içilən çay qidanın həzmini çətinləşdirir, proteinlərin orqanizmdə sorulmamasına, vitaminlərdən tam yararlana bilməməyimizə səbəb olur.

Xüsusilə qan azlığı olanlar buna diqqət etməlidirlər. Çay üçün ən doğru zaman yeməkdən bir saat sonradır.

Yeməkdən sonra edilən gəzinti, yediyimiz yeməyin heç bir faydasının qalmamasına yol açır. Gəzintini 1-2 saat sonraya saxlasınız, yaxşı olar.

Qida qəbulundan sonra duş qəbulu qan dövranının əl və ayaqlarda sürətini artırır, mədə ətrafında qan dövranını çoxaldır ki, bu da həzm üçün son dərəcə təhlükəlidir.

Dolu mədə ilə yatmaq həzm sisteminin işləməməsinə, bağırsaqların iltihablanmasına, mədə xəstəliklərinə səbəb ola bilər. Bundan əlavə yeyən kimi yatmaq çəki artımına gətirib çıxara bilər.