Yeni ilə sayılı günlər qalıb. Yeni ili bir çoxları sehirli bayram kimi qəbul edir, Yeni il gecəsində sehirlərin baş verdiyinə inanır. Yeni il gecəsində tutulan arzular mütləq yerinə yetir.

    Əgər yeni il gecəsini əyləncəli və rəngarəng keçirtmək istəyirsinizə, eyni zamanda düzgün “dilək tutmaq” qaydalarına yiyələnmək arzusundasınızsa, bu post sizin üçündür!

    1. Küknar ağacının üzərinə arzularınızın simvolun asın. Məsələn, yeni mənzil arzulayırsınızsa, oyuncaq ev asmaq, avtomobil arzulayırsınızsa, oyuncaq avto asmaq və s. İnanın bu ritual həqiqətən də uğurludur.

    2. Arzularınızı kiçik kağıza yazın və saat 24:00 vurmağı başlayanda onları tez yandırıb külün şampan bokalına tökün və için. Bu ritual ancaq qaydalarına ciddi əməl olunduqda effektli olur. Əsasən fikir vermək lazımdır ki, ritualı qaydasında yerinə yetirəsiniz, arzularınızı heç kəsə deməyəsiniz və arzularınızın yerinə yetəcəyinə sidq ürəkdən inanasınız.

    3. Dekabrın 31 təmiz ağ vərəq  götürülür və tam ortadan iki yerə bölünür. Vərəqin bir tərəfinə arzularınızı, istəklərinizi, məqsədlərinizi yazırsınız. Digər tərəfinə isə problemləri, itkiləri , çətinlikləri qeyd edirsiniz. Vərəqin arzularla dolu tərəfini evdə olan ən sevdiyiniz kitabın arasına qoyub saxlayırsınız, digər tərəfi isə evinizdən kənar edib tullayırsınız (yandırmaq daha effektlidir).

    4. Maddi yüksəliş üçün yanvarın 1-i yuxudan oyandıqdan sonra üzünüzü su ilə yox, pullarla yuyun Wink

    5. Varlanmaq üçün yeni ili mütləq cibi dolu qarşılamaq lazımdır. Dekabrın 31-dən yanvarın 1-ə keçən gecə cibinizdə mütləq pul olmadır. Belə olduqda bütün iliniz maddi baxımdan uğurlu keçəcək.

    6. Çalışın yeni ilə kimi bütün borcları geri qaytarasınız və bu ərəfədə heç kimə borc verməyəsiniz.