İnternet, yaşadığımız əsrin ən böyük və ən əhəmiyyətli icadıdır. Bu icad insanın təbiəti gərəyi həm yaxşı həm də pis bir çox fərqli məqsəd üçün istifadə edilir və bu həyatımızı dəyişdirir. Tam da bu nöqtədə qarşımıza iki fərqli variant çıxır. İnterneti öz yararımıza görəmi istifadə edirik? Yoxsa yararsız şeylər üçünmü?

    İnternet o qədər geniş bir qaynaqdır ki, yalnız internet üzərindən həyatınız boyunca heç bilmədiyiniz hər hansı bir mövzuda minlərlə fərqli məlumat tapa bilər və inkişafınızı təmin edə bilərsiniz.


    İnkişafımıza necə başlamalıyıq?

    İnternet, dünyanın ən böyük məhəlləsidir. Burada hər kəs bir yerdə yaşayır və bir birini inkişaf etdirir. Normal olaraq da, bir ortaq dil üzərində qərarlaşırlar. Dünyanın ən çox əhalisi Çində olmasına baxmayaraq internet dili İngilis dilidir. Məzmunların yarısından çoxu İngilis dilində hazırlanır (Çin 2-ci və İspan 3-cü sıradadır). Məhz bu səbəblə özünüzə ən böyük faydanı təmin edə bilmək üçün əvvəlcə işə İngilis dili öyrənərək başlamalısınız. “Dərdimi izah edəcək qədər bilirəm” səviyyəsindən xilas olmanız olduqca əhəmiyyətlidir, çünki yalnız bundan sonra qarşınızda sonsuz bir dərya açılacaqdır.



online kurslar, ingilis dili

Bu yazıda fərdi inkişafınıza kömək edə biləcəyini düşündüyümüz bəzi internet saytlarının siyahısını toplamışıq. Əvvəlcə necə ingiliscə öyrənəbiləcəyinizi, hansı saytlardan təhsil ala biləcəyinizi, dərhal ardından da öyrəndiyiniz bu dili məlumat təcrübənizi artırmaq üçün necə istifadə edə biləcəyiniz təhsil saytlarını paylaşacağıq.


Duolingo: Hal-hazırda dünyanın ən məşhur dil öyrənmə saytlarından biri olan Duolingo meydana gətirdiyi müvəffəqiyyətli təhsil sistemi ilə ən yaxşı saytdır. İngilis dili başda olmaqla bir çox fərqli dili öyrədə bilməsi də onu digər saytlardan ayıran əhəmiyyətli özəlliyidir. Sıfırdan ingiliscə öyrənmək üçün həm komputer versiyasını, həm də mobil tətbiqlərini (iOS, Android) istifadə edərək öyrənməyə sürətli bir şəkildə başlaya bilərsiniz. Kollec səviyyəsində və əylənərək təhsil almaq istəyirsinizsə mütləq araşdırın.

BBC Languages: Pulsuz ingilizcə öyrənmənin bir digər yolu da bir xəbər kanalı olan BBC internet saytıdır. İnternet saytının təqdim etdiyi pulsuz məlumatlar ilə ingiliscənizi inkişaf etdirə bilərsiniz.

Voscreen: Təməl səviyyədə olan İngiliscəniz varsa, bu saytdan istifadə edərək ingiliscə danışmağı öyrənmək sizin üçün çox asan olacaqdır. Voscreen, təhsilə fərqli baxımdan yanaşır və həm dinləmə həm də cümlə strukturlarını anlamanızı asanlaşdıracaq, video əsaslı bir təhsil təqdim edir. Filmlərin səhnələrini izləyərək özünüzü inkişaf etdirmənizdə Voscreen olduqca faydalı olacaqdır.

Engvid: İlk 3 saytı bilmə olma ehtimalınız olduqca yüksəkdir, amma bizim olduqca sevdiyimiz Engvid ingiliscə təhsil saytı da olduqca faydalıdır. Youtube əsaslı bir sistem meydana yaradan Engvid, bir çox fərqli müəllimlər ilə bərabər mövzu mövzu, yüzlərlə fərqli təhsil videosu təqdim edir. Bu videoları youtube üzərindən izləyərək mövzuları öyrənə bilir, engvid.com saytından mövzuyla əlaqədar testləri həll edərək dərsi daha yaxşı mənimsəyə bilirsiniz. Müəllimlərin əyləncəli təhsil verməsi və istəkləri nəzərə alaraq (Youtube şərhləri ilə) fərqli videolar da hazırlaması olduqca gözəl bir şeydir. Saytın yeni nəsil web standartlarına çox uyğun olması da funksionallıq baxımından çox böyük problemlərə səbəb olmur. Müəllimlər arasından Rooney’i xüsusilə tövsiyə edirik. 🙂

LinguaLeo: Duolingo’dan sonra, LinguaLeo əylənərək dil öyrənə biləcəyiniz gözəl bir internet saytıdır. Özünüzə xüsusi iş proqramı hazırlaya biləcəyiniz bu sayt sayəsində də dil öyrənə bilərsiniz.



online kurslar

İngiliscəmizi inkişaf etdirdik, indi yeni şeylər öyrənmək zamanıdır. Bu yeni bir şey, bir proqramlaşdırma dili, maliyyə, riyaziyyat, fotoqrafiya ola bilər. Yəni öyrənəcəyiniz şeyi seçərkən gələcəyi də düşünməyi unutmayın.


Khan Academy: “Hər kəs üçün, sonsuza qədər pulsuz.” şüarı ilə yola çıxan Khan Academy, Türkcə dil variantının da olduğu nadir qlobal təhsil saytlarından biridir. Bu sayt sayəsində hər hansı bir mövzuda hər hansı bir şeyi öyrənə bilərsiniz. Təməl riyaziyyat dərslərindən, proqramlaşdırmaya, tarixdən incəsənətə qədər bir çox mövzuda 100.000 çox məlumata sahib ola bilərsiniz.

Codecademy: Texnologiya əsrində yaşadığımız üçün proqramlaşdırmanın hər yerdə qarşımıza çıxması da normaldır. Codecademy, interaktiv bir şəkildə HTML, CSS və Javascript öyrənə biləcəyiniz pulsuz saytdır. Hal-hazırda dünya səviyyəsində olduqca məşhur bir sayt olan CodeAcademy’dən xəbərdar deyilsinizsə, mütləq araşdırın.

Digital Photography School: Fotoqraflığa marağınız varsa bu sayt tam sizə görədir. Təməl səviyyədə bir məlumat təcrübəniz varsa bu sayt sayəsində qabiliyyətlərinizi inkişaf etdirə bilərsiniz. Forumlar, yeni nəsil sosial şəbəkələr səbəbindən istifadə edilməsə də, burada aktiv forumlarda da məlumat sahibi ola bilər, müzakirələrə qatıla bilərsiniz.

EDX: Dünyanın ən məşhur universitetlərin standartlarında və maraqlı başlıqlarla təhsil almaq istəyirsinizsə, bunu sizin üçün EDX təmin edəcəkdir.

Fast Company – MBA: 30 saniyədə MBA təhsili alacağınızı söyləsək gülərsiniz, amma “Fast Company” sayəsində bu qeyri-mümkün deyil. Bir çox əhəmiyyətli şirkətin üst səviyyə idarəçisinin qısa videoları sayəsində iş dünyası və həyata istiqamətli bir çox məlumatı sürətli şəkildə öyrənə biləcəksiniz.

Gibbon: Yeni nəsil təhsil saytlarına gözəl bir nümunədir. İstifadəçilərin mövzular və mövzu başlıqları yaratdığı Gibbon xüsusilə video təhsilləri ilə diqqət çəkir. Dizayndan sahibkarlığa qədər bir çox fərqli başlıqda məlumatlar tapa bilərsiniz.

Udemy: Pullu və pulsuz bir çox məlumatdan ibarət ən məşhur təhsil saytlarından biri də Udemy’dir. Bu saytda mövzularınızı hazırlayıb müəyyən etdiyiniz qiymətə sata bilirsiniz. Sizin hazırladığınız mövzu başlıqlarda ödənişli, ödənişsiz olaraq müəyyən olunur.


Bonus:

Power Searching with Google: Bu yazının əsas məqsədi təhsilinizi bir çox fərqli saytlarla pulsuz olaraq artıra biləcəyinizi göstərmək idi. “Power Searching” isə bu təklifləri daha da artıra bilməyinizə kömək edəcəkdir. Bəli, “Google”da bu və bənzəri təhsillərə istiqamətli minlərlə fərqli təhsil saytı tapa bilərsiniz. Təbii ki, tapa bilməyiniz üçün öyrənməli olduğunuz ilk şey Google’da axtarış etməyi öyrənməkdir. Google’da axtarış etmək, daha doğrusu istədiyiniz nəticəyə çatmaq get-gedə çətinləşir. Bu səbəblə Googlenin hazırladığı ipuclarına mütləq nəzər yetirin.


Bəs sizin istifadə etdiyiniz və təklif etdiyiniz təhsil saytı varmı?

Şərhlərinizlə bu siyahını genişləndirə bilərsiniz