Yenotlar etyeyən heyvanlara aiddir . Amerikanın mülayim və tropik ərazilərində 19 növ yenot  yaşasada Kanadanın cənubundan Argentinaya qədər ərazilərdə də yenotlara rast gəlmək mümkündür . Ancaq bəzi yenotlar son 50 ildə insanların vasitəsilə Avropaya gətirilib  .

 Xarici görünüşlərinə görə ayıgillər ilə sarsargillərə oxşayır . 60 sm-lik gövdəsinə qarşılıq 30sm-lik quyruğu var . Onların quyruqları uzun və  halqalıdır. Rəngləri  boz və qəhvəyi arasında dəyişir . Bəzi növlərin üzlərində maska kimi işarələr var . Üzləri qısa və geniş , qulaqları balaca və dik olur . Ön və arxa ayaqlarında 5 barmaq var . Kinkaju (Potos flavus ) növü ayrıca quyruğu ilə tutabilmə bacarığına sahibdir . Ağıqlıqları isə 10 kilo və daha artıqdır . Yenotun barmaqları uzun olduğu üçün toxunma duyğusu çox inkişaf etmişdir .  Amerikada yaşayan yenotlar su hövzələrinin yaxınlığındakı ağaclıq ərazilərdə yaşamağı sevirlər . Yaxşı üzməyi  bacaran bu heyvanlar çox vaxt tək yaşamazlar . Dişi yenotlar 3-4 bala verə bilir . 1 yaşına qədər analarının yanında yaşayan yenotlar daha sonra yuvadan ayrılaraq yaşamağa davam edərlər .

Ağıllı heyvan olan yenotlar gündüzləri yatır , gecələri qarınlarını doyurmaq üçün yem axtarmağa çıxarlar .  Yenotlar su yollarının , göllərin və bataqlıqların ətrafında yaşayırlar. Gecələr su içmək üçün gələn heyvanları ovlayarlar . Eyni zamanda yenotlar heyvan,  quş , yumurta , böcək  və sürünənlərlə də qidalanırlar .Yenotlar  qışda yatarlar . Ancaq bu qış yuxusu deyil . Çünki bədən funksiyaları və fəaliyyəti azalmır. Nə qədər sevimli heyvanlar olsalarda bəzi bölgələrdə təhlükəli olaraq tanınır . Bunun səbəbi ABŞ-ın şərq qütblərində quduz xəstəliyinin başlıca daşıyıcısı olmalarıdır .