“Yoqa” sözü öz mənşəyini sanskrit dilindəki “yuq” sözündən götürür ki, o da tərcümədə “birləşmə”, “qovuşma”, “tövhid” mənasını verir. Yoqa – altı əsas ortodoksal hind fəlsəfi sistemindən birini təşkil edir. Bu təlim ilk dəfə sistemli şəkildə qədim hind müdriki Patacalinin (m.ö. I əsr) “Yoqa sutra” əsərində təsvir edilir. Ümumi halda, yoqa sistemi – xatxa-yoqa, raca-yoqa, karma-yoqa, jnani-yoqa, bxakti-yoqa və s. kimi mərhələlərə bölünür.

    Yoqa təlimi xəstəliklərin yaranmasına dair ən müasir elmi baxışlardan biri olan psixogenlik anlayışı ilə səsləşir. Bu təlim vurğulayır ki, xəstəliklərin və bədbəxt hadisələrin başımıza gəlməsində indiki və bundan əvvəlki maddi həyatımızdakı niyyət və əməllərimiz, əsəblərimiz səbəbkardır.
    Yoqa təliminə görə insanın psixiemosional halları 7 əsas enerji mərkəzi vasitəsilə idarə olunur və həmin mərkəzlərə uyğun emosiyalar elə həmin mərkəzlərə uyğun orqanların ya normal işləməsinə, ya da xəstəliyinə səbəb olur .

    Yoqada məqsəd birlik və bərabərlikdir. Edilən iş də hədəf birlik isə adamın özünün bütün olaraq hiss etməsi, heç bir şəkildə özündən əskik olmadığını bilməsi və ona görə dincliyə çatması, dinclik tapması qısaca bunları hiss etməyən biri yoqa etmir deməkdir. Yoqa edən adam ilk olaraq özünü, daha sonra ətrafını və kainatı qəbul etməsi lazımdır bu tanıma uyğun gələn yoqa edir və dinclik tapır.

    Bədənin və ağlın təkmilləşməsi

    Yoqa elementləri əzələ dartma və əyilmə məşqləri əlavə edilir. Yoqa bədən və yaddaşı təkmilləşdirən və həyat tərzinə çevrilən metod kimi anlaşılmalıdır.

    Relaksasiya, elastiklik və pozitiv düşünmə

    Bu məşqlərin əsas hissəsi fiziki pozalar və ya Asanalar, nəfəsalma üsulları və ya Pranayama və daha elastik olmaq üçün meditasiyalardır. Yoqa elastik olmağa və yaxşı formada qalmağa kömək edir. O, həmçinin yorğunluğu azaldır və zehni sağlamlığı qüvvətləndirir. Düzgün relaksasiyanı, nəfəsalmanı, məşqi, meditasiyanı, sağlam qidalanmanı və pozitiv düşünməyi öyrədir. Gündəlik yoqa məşqlərindən faydalanmaq üçün vegetarian olmağa ehtiyac yoxdur.

    Bir sıra yoqa növləri vardır ki, bunları bilmək faydalıdır:

    Aştanqa Yoqa intensiv yoqa sistemidir. Buraya mütərəqqi poza seriyaları daxildir. Hər kəs istədiyi intensivlikdə məşq edə bilər. 
    Bikram Yoqa 35-40º C temperaturlu otaqda edilir. Hərarət tərləməni artırır və bədən təmizlənir, əzələ möhkəmlənir.
    Hatha Yoqa – bütün yoqa tiplərinin ən məşhurudur, onun əsasında asanalar dayanır.
    İyenqar yoga – ABŞ-da ən populyar yoqa növüdür, məqsədi zərif pozaları öyrətməkdir, əzələlərə və düzgün bədən duruşuna xüsusi diqqət yetirilir.
    Vinyasa yoqaya
 intensiv dartınma məşqləri daxildir. Bu növ əsasən hərəkət və nəfəsalmanın uzlaşmasına diqqət yetirir.

    Məşqlərin intensivliyi həyat tərzimizin imkanlarına uyğunlaşdırılmalıdır (həftədə bir dəfə və ya hər gün).

    Biz tezliklə bədənimizdə müsbət dəyişiklikləri görəcəyik.