Texnologiyanın bu ilin sonu – gələn ilin əvvəlində istifadəyə veriləcəyi gözlənilir
Sensor ekranlar üçün “yoxa çıxan” klaviatura təqdim edilib. ABŞ-ın “Taktus Technology” şirkətinin təqdim etdiyi yeni texnologiya ekranın səthində qabarıqlar əmələ gətirir və onlar virtual klaviaturanı yaradır.

klaviatura istifadə edilmədikdə, həmin qabarıqlar sadəcə yoxa çıxır. Texnologiya hələ ki, sınaq mərhələsindədir.

İndi mütəxəssislər qabarıqların peyda olması prosesində müşayiət olunan səsi aradan qaldırmağa çalışırlar. Texnologiyanın bu ilin sonu, gələn ilin əvvəlində istifadəyə veriləcəyi gözlənilir.