Yuxu haqqında maraqlı məlumatlar

456

Yuxu insanla yanaşı digər canlıların da əsas tələbatlarından biridir. Bəs biz yuxu haqqında nə dərəcədə məlumatlıyıq? Yuxusuzluğun bizə hansı zərərləri var? Bu məqaləmizdə sualları cavablayacayıq. 🙂

Yuxusuzluq insan ömrünü azalda bilər, eyni zamanda çəkinizin artmasına da səbəb olur. Yuxu əskikliyi xüsusilə şəkərli və ya duzlu qidaları daha çox yemək istəyi yaradır. Uzun müddət yuxusuz qalsanız nə baş verər? Bu zaman bulanıq görməyə başlayacaqsınız, eyni zamanda danışıq nitqiniz də qarışıq olacaqdır. Yuxusuzluq konsentrasiya pozğunluğuna da səbəb ola bilir.

Pişiklər ömürlərinin 70%-ni yataraq keçirir. Fillər isə ayaqüstə yata bilirlər. 🙂

Oyandıqdan sonra ilk 5 dəqiqədə yuxunun 50%-i unudulur, sonrakı 5 dəqiqədə isə 90%-i. Yuxularınızı yadda saxlamaq üçün oyandığınız an bir yerə qeyd etməyiniz tövsiyə edilir.

Yuxuda gördüyümüz qarabasmaların səbəbi ürək xəstəlikləri (ürəyin narahatlığı), miqren və yuxu yoxsulluğu ola bilər.

Belə bir sual ortaya çıxır, yuxusuzluq təhlükəlidir mi? Cavabı bu şəkildə verək, aclıqdan ölmək 14 gün, yuxusuzluqdan ölmək 10 gün vaxt alır.

Yuxunun insan həyatı üçün nə qədər önəmli olduğunu bir daha xatırladınız yəqin ki. Odur ki, yuxu rejiminizə diqqət edin. Dünyada insan üçün ən şirin şey yuxu hesab olunur. 🙂

Thanks for rating this! Now tell the world how you feel through social media. .
Məlumat sizə necə təsir bağışladı? (Qeyd: hissiyatınız bizim üçün önəmli və əhəmiyyətlidir)
  • Normal və ya Razı 😉
  • Həyacanverici
  • Qəmgin 🙁
  • Hirsli :@
  • Utancverici
  • Sevindirici 🙂

Şərh bölməsi: