Yuxuda gördüklərimiz günboyu yaşadıqlarımızdandır. Onlara qulaq verin və problemlərinizi daha qısa zamanda həll edəcəksiniz.

Yuxuda yıxılırsınızsa deməli idarə etdiklərinizi itirməkdən qorxursunuz. Bu qorxu ilə yuxuya getdikdə ürək tez tez döyünür və qan təzyiqi yüksələ bilir. Ona görə də yaxşı olar ki, itirməkdən qorxduğunuz şeylər haqqda düşünəsiniz və beyninizdə olan qorxudan azad olasınız. Profesional dəstək almağınız da sizin xeyrinizə olar.

Yuxuda dişləriniz və ya saçınız tökülürsə, bir şeylər sizi əsəbləşdirir deməkdir. Hər şey bu qədər pis deyil. Əsəblərinizi sakitləşdirməyə çalışın 🙂

Bir şey haqqda həddindən çox narahat olmusunuzsa, böyük ehtimal yuxuda çoxlu insanın önündə utandığınızı görəcəksiniz və ya hər hansı bir imtahandan kəsildiyinizi də görə bilərsiniz. Bunun üçün hər kəs yatmazdan öncə bir neçə dəfə dərindən nəfəs alıb, daha rahat beyinlə yatmalıdır.

Əgər yuxuda kimsə, sizi qovalayırsa sizin yarımçıq qoyduğunuz və ya qısa zamanda həll etməniz lazım olan işlər vardır deməli. İşlərinizi çatdıracaqsınız, çox narahat olmayın və rahat yatın!

Ümumiyyətlə, yuxu rejiminizə hər zaman diqqət yetirin. Bu sizin daha gümrah qalmağınıza kömək edəcəkdir!

Məlumat sizə necə təsir bağışladı?
Like
Love
Haha
Wow
Sad
Angry
You have reacted on "Yuxularımız bizə nə demək istəyir?" A few seconds ago