Zəngin insanlarla aramızdakı fərq nədir?

184

Zəngin insanlar, həqiqətən də sıravi insanlardan daha fərqlimi düşünür? Buna görəmi, Steve Jobs belə öldüyü zaman təxminən 10,2 milyard dollara sahib idi?


Patrick Methieson, Steve Jobsun demiş olduğu “Milyonerlər, normal insanların bilmədiyi bir şeyimi bilir?” cümləsini kənara qeyd etmiş və bu cümləni açıqlamışdır: “Ətrafınızdakı hər şey, əslində sizdən ağıllı olmayan insanlar tərəfindən yaradılılmışdır və siz bunu dəyişə bilərsiniz. İnsanlara təsir edə bilər, başqa insanların istifadə edə biləcəyi şeylər yarada bilərsiniz. “.



Zəngin insanların fərqinə vardığı şeyin bu olduğunu söyləyən, təşəbbüskar araşdırmacı Methieson, “Milyonerlər, bəzi insanlara müvəffəqiyyətin başqaları tərəfindən hazır olaraq verildiyini düşünən digər insanların əksinə, dünyanın dəyişkən olduğunun fərqinə varmışdır. Gerçək səylər və kafi qaynaqlarla dünyanı dəyişdirmək mümkündür. ” deyir.


Öz səyləriylə milyoner olan Steve Siebold da eyni fikirdədir. “Zəngin insanlar risk almaqdan çəkinməyən, problemləri həll etməkdən çəkinməyən” insanlardır deyən Siebold, insanların böyük bir hissəsinin taleh quşunun başlarına qonmasını gözlədiyini, bu sırada ağıllı olanların da problemləri həll etdiyini söyləyir. Eyni zamanda vurğulayır: “Nə qədər böyük bir problemi həll etsəniz, o qədər çox pul qazanarsınız.”.


Siebold, sözlərini belə bitirir: “Hər kəs zəngin ola bilər. Bunun hansı təhsili aldığınızla, haradan gəldiyinizlə əlaqəsi yoxdur. Zənginliyi sığortalayan şey etdikləriniz deyil, kim olduğunuzdur. “

Thanks for rating this! Now tell the world how you feel through social media. .
Məlumat sizə necə təsir bağışladı? (Qeyd: hissiyatınız bizim üçün önəmli və əhəmiyyətlidir)
  • Normal və ya Razı 😉
  • Həyacanverici
  • Qəmgin 🙁
  • Hirsli :@
  • Utancverici
  • Sevindirici 🙂

Şərh bölməsi: