Zaman yapon qadınların gözəlliyindən heç nə almır sanki. Görəsən buna səbəb nədir? Araşdırmalar göstərmişdir ki:

  • Yapon xanımlar üzlərini mütəmadi olaraq masaj edir. Yaponiyada xanımlar bunu bir qaydadır: üz dərisinə ancaq isti əllərlə toxunmaq və gözəllik vasitələrindən soyuq halda istifadə etməmək. Üz dərisini təmizləyərkən və nəmləndirərkən masaj etmək şərtdir. Masaj üzdə qan dövranını yaxşılaşdırır və dərinin daha sürətli yenilənməsinə səbəb olur. Masaj edərkən, üz dərisində dairəvi hərəkətlər edərək onu sürtmək yalnış üsuldur. Ən yaxşı üsul parmaq ucları ilə yüngül toxunuşlar etməkdir.

  • Onlar yağlardan istifadə edir. Məsamələri dolduraraq iltihablara yol açan mineral yağlar istisna olmaqla, bütün yağlar üz dərisi üçün faydalıdır. Qeyd etməliyik ki, yağlar üz dərisini yağlandırmır. Əksinə yağlanmanı aradan qaldırır, məsamələri dərindən təmizləyir.

  • Düzgün qidalanma, bol vitamin onlar üçün şərtdir. Tərəvəzlər, taxıllar, paxlalıkimilər və dəniz məhsulları yapon xanımların rasionunun daimi “atrebutları”dir. Nə yedikləri ilə yanaşı qadınlar nə qədər yediklərinə xüsusi diqqət edir.

  • Yapon xanımlar tərkibində C vitamini olan gözəllik vasitələrinə üstünlük verilir. C vitamini dəri rəngini bərabərləşdirir, piqmentasiyanı aradan qaldırır və kollageni artırır. Unutmayın ki, tərkibində C vitamini olan gözəllik vasitələrini açdıqdan sonra 1 ay istifadə edə bilərsiniz, çünki sözü gedən vitamin hava və günəş şualarının təsirindən faydalı xüsusiyyətlərini itirməyə başlayır.

  • Onlar dərinin vəziyyəti mütəmadi olaraq yoxlayır. Misal üçün, əgər dərinizə toxunarkən barmaqlarınız azca yapışırsa, deməli dərinizin nəmliliyi normadadır. Dərinizini çimdikləyin, əgər dəriniz anında əvvəlki formasına qayıdırsa, dəriniz yetərincə elastikdir.

20 il sonra güzgüyə baxarkən, təəssüf hissi keçirməmək üçün bütün bunları nəzərə alın! 🙂